Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, fevralın 24-də
Rusiyanın təcavüzkar müharibəsinin dördüncü ildönümündə prezident
seçkisi və referendum planı açıqlamaq fikri yoxdur.
Bu haqda Britaniyanın "The Financial Times" qəzeti yazmışdı.
"Fevralın 24-də elan etmək niyyəti haqda ilk dəfə
eşidirəm. İlk dəfə "The Financial Times"dan eşitmişəm, ikinci dəfə
də sizdən eşidirəm. İkincisi, mən seçki haqda çox danışmışam, biz o
zaman seçki keçirəcəyik ki, uyğun təhlükəsizlik zəmanətləri
olsun", – Zelenski jurnalistlərə deyib.
Ukrayna prezidentinin sözlərinə görə, seçki mövzusunu Kiyevin
müttəfiqləri tez-tez qaldırır, Ukrayna tərəfi yox. O, səsvermə
keçirilməsi üçün əsas şərtin təhlükəsizlik olduğunu vurğulayıb.
Mayın 15-də mümkün seçki ilə bağlı suala cavabında isə Zelenski
deyib ki, amerikalı həmkarların təklif edəcəyi istənilən qrafiklə
işləməyə hazırdırlar:
"Amma əgər biz referendum
məsələsi qaldırırıqsa, bundan ötrü atəşkəs olmalıdır, çünki
strukturuna görə referendum da seçki kimidir".
Zelenski onu da əlavə edib ki, Vaşinqton Kiyevi təhlükəsizlik
zəmanətlərindən imtina etməklə hədələmir və bunu seçki keçirilməsi
ilə əlaqələndirmir.
Ukrayna qanunvericiliyi hərbi vəziyyətdə seçki keçirilməsini
qadağan edir. Müharibə səbəbindən 2023-cü ildə Ali Radaya, 2024-cü
ildə isə prezident seçkiləri keçirilməyib.
ABŞ prezidenti Donald Tramp daha öncə deyib ki, Ukraynada seçki
keçirməyin "vaxtı çatıb". Zelenski isə cavabında bildirib ki, ABŞ
və Avropa təhlükəsizlik zəmanəti verərsə, 60-90 gün ərzində seçki
keçirə bilər.
Rusiya prezidenti Vladimir Putin də deyib ki, Rusiya seçki günü
zərbə endirməmək barədə düşünməyə hazırdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.