Yanvar ayında qanunsuz meşə istifadəsi ilə bağlı 127 fakt aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji Nəzarət Departamentinin əməkdaşları 2026-cı ilin 1–31 yanvar tarixləri arasında qanunsuz meşə istifadəsi ilə bağlı 127 fakt aşkar ediblər.

Müəyyən olunan pozuntulardan 102-si ağacın qanunsuz kəsilməsi və daşınması ilə bağlıdır. 25 fakt isə taxta emalı sexlərində texniki reqlamentlərin pozulması və qeydiyyatsız fəaliyyət göstərən sexlərlə əlaqədardır. Altı halda cinayət tərkibi
əlamətləri müəyyən edilib və materiallar müvafiq qurumlara göndərilib.

Regionlar üzrə ən çox fakt – 49 hal Kaxetidə qeydə alınıb. Sameqrelo–Yuxarı Svanetidə 27, Acarıstanda 16, Samtsxe–Cavaxeti və İmeretidə 10–10, Kvemo Kartlidə 8, Raça-Leçxumi–Kvemo Svanetidə 5, Şida Kartli və Mtsxeta–Mtianetidə isə hərəsində bir fakt qeydə alınıb.

Yanvar ayı ərzində 3 qeydiyyatsız taxta emalı sexi də möhürlənib. Onlardan 2-si Acarıstanda, 1-i isə Kvemo Kartlidə yerləşir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google