11 fevral gecə saatlarında Tbilisi teleqülləsi İran İslam
Respublikasının bayrağının rənglərində işıqlandırılıb.
11 fevral tarixində İran 1979-cu il İslam İnqilabının 47-ci
ildönümünü qeyd edir. Teleqüllənin işıqlandırılması da məhz bu
tarixlə əlaqələndirilir.
Tbilisi meriyasında “Azadlıq Radiosu”na təsdiqləyiblər ki,
teleqüllə İran səfirliyinin müraciəti əsasında işıqlandırılıb və
bu, “İranın milli bayramı ilə bağlıdır”.
Gürcüstandakı İran səfiri Seyyed Əli Mojani bildirib ki,
teleqüllənin İran bayrağının rənglərində işıqlandırılması “İran və
Gürcüstan arasında mövcud olan tarixi əlaqələrə və iki xalq
arasındakı yaxşı münasibətlərə əsaslanır”.
“Bu, bugünkü İranın hörmətinin rəsmi və beynəlxalq
səviyyədə tanındığının aydın simvoludur”, – deyə o, X
platformasında yazıb.
Səfirin məlumatına görə, həmin gün – 11 fevralda – Gürcüstanın
xarici işlər nazirinin müavini Laşa Darsalia “İran İslam
Respublikasının Milli Gününə həsr olunmuş mərasimdə” iştirak
edib.
Mojaninin sözlərinə görə, Darsaliya “İranı bu münasibətlə rəsmi
şəkildə təbrik edib və bu tarixi İranın tarixi yolunun, milli
kimliyinin və inkişafının simvolu adlandırıb”.
Səfir həmçinin bildirib ki, ötən həftə ABŞ-da işgüzar səfərdə olan
Darsalia tədbirdə vurğulayıb:
- “iki xalq arasında iqtisadi, mədəni, elmi və təhsil sahələrində
sıx əlaqələr mövcuddur”;
- “İran və Gürcüstan arasında bu xalq əlaqələri davamlı
əməkdaşlığın əsasını və dayaq nöqtəsini təşkil edir”.
Darsalia, həmçinin, İranın “Gürcüstana verdiyi dəstəyə görə”
təşəkkür edib və xatırladıb ki, İran Gürcüstanın müstəqilliyini
tanıyan ilk ölkələrdən biri olub.
Tbilisi meriyasının mətbuat mərkəzindən “Azadlıq Radiosu”na
bildirilib ki, səfirliklərin müraciətlərinin nəzərə alınması
təcrübəsi illərdir mövcuddur:
“İllərdir belə bir praktika var ki, Gürcüstanda
akkreditə olunmuş diplomatik korpusun nümayəndələri müraciət
etdikdə, biz teleqülləni müvafiq ölkənin bayrağının rənglərində
işıqlandırırıq”.
“Bu baxımdan, əvvəlki illərdə olduğu kimi, bu il də
teleqüllə İran bayrağının rənglərində
işıqlandırılıb”, – deyə meriyada bildiriblər.
Açıq mənbələrdə əvvəlki illərdə Tbilisi teleqülləsinin İran
rənglərində işıqlandırılmasını əks etdirən foto və ya məlumatlara
rast gəlinmir.
6–13 fevral tarixlərində İran nümayəndəlikləri “İslam İnqilabının
qələbəsi və İslam Respublikasının qurulması” günlərini qeyd
edirlər.
12 fevralda İranın Gürcüstandakı səfirliyi paylaşım edərək bildirib
ki, “Tbilisidəki İran səfirliyi də bu günü qeyd etməyə hazırlaşır
və bu, görüşlər, dialoqlar və xaricdə İran kimliyinin ifadəsi üçün
gözəl imkan yaradır”.
Nümayişçilərin öldürülməsi
Bu il İranda bu günün qeyd olunması xüsusi əhəmiyyət daşıyır, çünki
ölkədə genişmiqyaslı etiraz aksiyalarından sonraya təsadüf edir.
Səfirin şərhlərindən də göründüyü kimi, İran hakimiyyəti bu gündən
legitimliyini nümayiş etdirmək məqsədilə istifadə edir.
Bir neçə həftə əvvəl, 2026-cı ilin yanvarında, İranda keçirilən
etiraz aksiyaları zamanı hakimiyyət nümayəndələri minlərlə insanı
qətlə yetirib. Hüquq-müdafiə təşkilatı HRANA-nın məlumatına
görə:
- 6 961 nəfərin ölümü təsdiqlənib;
- daha 11 630 hadisə araşdırılır;
- 11 mindən çox insan yaralanıb;
- 51 mindən çox şəxs saxlanılıb, onların arasında 112 tələbə
var.
Digər mənbələr fərqli rəqəmlər göstərsə də, bütün məlumatlarda
minlərlə qurbanın olduğu bildirilir.
Hazırda İranda tanınmış fəalların və sənət adamlarının həbsi davam
edir.
6 fevralda ABŞ prezidenti Donald Tramp sərəncam imzalayıb.
Sərəncama əsasən, ABŞ İranla ticarət əlaqələri olan ölkələrdən
idxala əlavə tariflər tətbiq etməyi planlaşdırır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.