Enerji şirkətlərinə yazılan milyardlıq cərimələr silinir, bəs amnistiyadan kimlər yararlana bilməyəcək?
Gürcüstan hökuməti energetika sektorunda fəaliyyət göstərən şirkətlərin yığılıb qalmış cərimələrinin silinməsi ilə bağlı mühüm qərar qəbul edib. Bu amnistiya layihəsi çərçivəsində dövlətə olan ümumilikdə 1 milyard lari məbləğində cərimənin bağışlanması nəzərdə tutulur.

Hökumətin yeni sərəncamına əsasən, 2026-cı il fevralın 10-na qədər öhdəliklərini yerinə yetirmədiyi üçün cərimələnən enerji şirkətləri bu fürsətdən yararlana biləcəklər.

Cərimələrin silinməsi üçün hansı
şərtlər var?
Şirkətlər martın 16-na qədər İqtisadiyyat Nazirliyinə müraciət etməli və bank təminatı sənədlərini təqdim etməlidirlər. Əsas şərt isə budur: Şirkətlər yarımçıq qalmış işlərini dövlətin müəyyən etdiyi yeni vaxt qrafiki daxilində tam başa çatdırmalıdırlar.

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, bu bir şansdır, lakin məsuliyyətsizliyə yol verilməməlidir. Əgər şirkətlər onlara verilən yeni müddətləri də pozsalar, həm köhnə cərimələri bərpa olunacaq, həm də yeni və daha ağır sanksiyalarla üzləşəcəklər.

Amnistiya kimlərə şamil olunmur? Lakin bu qərar bütün enerji layihələrinə aid deyil. Sərəncama əsasən, aşağıdakı müqavilələr üzrə cərimələr silinməyəcək:
  • "Nenskra SES" (hidroelektrik stansiyası) layihəsi üzrə olan öhdəliklər;
  • Və bütün istilik elektrik stansiyaları (TES) ilə bağlı bağlanmış memorandum və müqavilələr.
Əgər hər hansı bir şirkət cəriməsinin silinməsini deyil, dövlətlə bağladığı müqavilənin tamamilə ləğvini istəyirsə, nazirlik bu məsələni də hökumət qarşısında qaldıracaq və müqaviləyə xitam veriləcək.

Bu addımla hökumət energetika sektorundakı durğunluğu aradan qaldırmağı və yarımçıq qalmış enerji layihələrini yenidən canlandırmağı hədəfləyir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google