COMCOM-un Media Akademiyasının müvəqqəti rəhbəri vəzifəsinə “İmedi” telekanalının aparıcısı Qiorqi Putkaradze təyin olunur
Hökumətyönlü “İmedi” telekanalının aparıcısı Qiorqi Putkaradze Kommunikasiyalar Komissiyasının Media Akademiyasının müvəqqəti rəhbəri vəzifəsinə təyin edilir. Qərarı komissiyanın yeni seçilmiş sədri (“Gürcü Arzusu”nun keçmiş deputatı) Qoga Qulordava fevralın 10-da imzalayıb.

Qiorqi Putkaradze “İmedi” telekanalında yayımlanan “İmediLIVE” verilişinin həmaparıcısıdır. Bu verilişdə tamaşaçılar hakimiyyətdə olan “Gürcü Arzusu”nun, onunla əlaqəli müxalifət partiyalarının və ekspertlərin mövqelərini dinləyirlər.


Həmin gün o, daha bir əmr imzalayıb. Bu
əmrə əsasən, Media Akademiyasının hazırkı rəhbəri Şorena Şaverdaşvili vəzifəsindən azad edilib. Eyni sənəddən məlum olur ki, onunla fevralın 6-da razılaşma imzalanıb və bu razılaşmaya əsasən, “razılaşmada nəzərdə tutulmuş kompensasiyanı” alacaq. Kompensasiyanın məbləği dəqiqləşdirilməyib.



Kommunikasiyalar Komissiyasının Media Akademiyasında baş verən kadr dəyişiklikləri barədə “Azadlıq Radiosu” dünən – fevralın 11-də material hazırlayıb.

Komissiyanın sədri bildirib ki, “bu, adi kadr dəyişikliyidir, xüsusi heç nə yoxdur. Təkcə Şorena Şaverdaşviliyə deyil, bir çox başqa şəxslərə də aid ola bilər. Bu, təbii prosesdir, nə siz, nə də mən eyni vəzifədə daim qala bilmərik... Yerdəyişmələr də mümkündür”.

“Media Akademiyası” 2018-ci ildə yaradılıb. İlk mərhələdə ona “Azadlıq Radiosu”nun gürcü xidmətinin keçmiş rəhbəri David Kakabadze rəhbərlik edib. 2021-ci il 1 sentyabrdan etibarən onu Şorena Şaverdaşvili əvəz edib.

Təşkilat Kommunikasiyalar Komissiyasının büdcəsindən maliyyələşdirilir. Açıq yayımlanan məlumatlara əsasən, 2024-cü ildə onun xərcləri 2 330 482 lari təşkil edib.

“Medianın İnkişafı Fondu” 2024-cü ildə Media Akademiyasının layihələrindən biri olan “Media Tənqidi”nin fəaliyyətini araşdırıb və müəyyən edib ki, “2023-cü ilin martından 2024-cü ilin iyul ayı daxil olmaqla olan dövrdə ən çox vaxt yenə də hakimiyyətə qarşı tənqidi redaksiya mövqeyi tutan media qurumlarının tənqidinə ayrılıb”.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google