Hökumət bugünkü iclasda dövlət universitetlərində tələbə qəbulu kvotalarını təsdiqləyəcək

Hökumət bugünkü iclasında dövlət universitetlərinə tələbə qəbulu kvotalarını təsdiqləyəcək.


Hökumət başçısı İrakli Kobaxidzenin iclasın əvvəlində bildirdiyinə görə, müstəqillik bərpa edildikdən sonra ilk dəfə olaraq kvotalar əmək bazarının təhlilinə əsaslanacaq. Onun sözlərinə görə, bu təhlil İqtisadiyyat Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə birlikdə aparılıb.

Kobaxidzenin izahına görə, kvotalar ali təhsil konsepsiyasına uyğun olaraq, konsepsiya ilə müəyyən edilmiş “bir
şəhər – bir fakültə” prinsipi əsasında müəyyən edilib.

“Mən islahatın ən mühüm nəticələrindən birini xüsusi vurğulamaq istəyirəm ki, bu da kvotalarda öz əksini tapıb. Bu islahat nəticəsində Tbilisi Dövlət Universitetinə ana universitet missiyası və statusu qaytarılacaq – yəni 90-cı illərdə baş verən hadisələr nəticəsində itirdiyi, daha sonra isə 2004-2012-ci illərdə əvvəlki hakimiyyətin məqsədyönlü zərərli, milli maraqlara zidd siyasəti nəticəsində yenidən itirdiyi status və missiya bərpa olunacaq. Tbilisi Dövlət Universitetinə ana universitet statusu və müvafiq missiya qaytarılmalıdır. İslahatın əsas məqsədlərindən biri məhz budur”, – deyə Kobaxidze bildirib.

Baş nazir görülən işlərə görə təhsil və elm naziri Qivi Mikanadzeyə təşəkkür edib və əlavə edib ki, islahat gürcü gənclərinin Gürcüstanda müasir standartlara uyğun ali təhsil alması üçün zəruridir.

“Biz bunu mütləq təmin edəcəyik və növbəti illərdə fəaliyyətimiz məhz buna həsr olunacaq”,
– deyə İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ətraflı məlumatı təhsil və elm naziri Qivi Mikanadze xüsusi brifinqdə təqdim edəcək.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google