Avropa Komissiyasının Qonşuluq və Genişlənmə siyasəti üzrə baş
direktorunun Azərbaycanda nazir səviyyəsində görüşləri zamanı
Zəngəzur dəhlizinin
bir hissəsi – Naxçıvanın nəqliyyat infrastrukturunun
texniki-iqtisadi əsaslandırılması məsələsi müzakirə olunub və bunun
öyrənilməsinə razılıq əldə edilib.
Bakı səfəri zamanı tərəflər həmçinin Zəngəzur dəhlizinin TEN-T
transavropa nəqliyyat şəbəkəsinə birləşdirilmə imkanlarını da
müzakirə ediblər.
"Transport Dəhlizi Araşdırmaları" (TCRC) mərkəzi yayımladığı
analitik materialda bildirir ki, Zəngəzur dəhlizinə Avropa
investisiyalarının cəlb olunması işlərin sürətləndirilməsinə və
AB-nin layihəyə birbaşa iştirakına imkan verəcək. TEN-T şəbəkəsinə
qoşulma isə əsasən regiona yeni investisiyaların cəlb olunmasına
xidmət edir.
TCRC-nin açıqlamasına görə, TEN-T Avropa İttifaqının 2050-ci ilə
qədər bütün Aİ ölkələrində yeni nəqliyyat sistemi yaratmağı
hədəfləyən genişmiqyaslı infrastruktura layihəsidir. Layihə 94
liman, 38 hava limanı və təxminən 15 min kilometr sürətli dəmir
yolu xətini əhatə edir.
Mərkəz vurğulayır
ki, əgər Zəngəzur dəhlizinin TEN-T şəbəkəsinə
birləşdirilməsi müsbət həllini tapsa, bu, AB maliyyə resurslarının
cəlb olunmasına və nəticədə Mərkəzi dəhlizin Gürcüstan seqmentinə
əlavə rəqabət imkanları yaradacaq.
Hazırda TEN-T şəbəkəsinə yalnız Avropa ölkələrindən keçən dəhlizlər
daxildir. 2024-cü ildə Avropa Şurası qərar verib ki, dörd əsas
nəqliyyat dəhlizi Ukrayna və Moldovaya qədər genişləndirilsin, eyni
zamanda Rusiya və Belarusla sərhəd əlaqələrinin səviyyəsi
azaldılsın.
Bu dəyişikliklər Baltik dənizi – Qara dəniz – Egey, Baltik dənizi –
Adriatik və Reyn – Dunay dəhlizlərini əhatə edir və regionda
nəqliyyat əlaqələrini gücləndirir. Həm Ukraynaya, həm Moldovaya,
həm də regiondakı digər ölkələrə TEN-T dəhlizləri üzrə
infrastruktur layihələrinə Avropa Birliyindən maliyyə cəlb etmək
imkanı yaranır.
2019-cu ildən etibarən AB qərar verib ki, TEN-T şəbəkəsini qonşuluq
ölkələrinə, o cümlədən Türkiyə və Cənubi Qafqaz ölkələrinə
genişləndirsin. 2024-cü ildə isə Azərbaycan, Ermənistan və
Gürcüstan bu şəbəkəyə daxil edilib.
TCRC-nin yekun qiymətləndirməsinə görə, Zəngəzur dəhlizinin TEN-T-ə
qoşulması həm layihəyə Avropa maliyyəsini cəlb edəcək, həm də
Mərkəzi dəhlizin Gürcüstan seqmentinə əlavə rəqabət üstünlükləri
gətirəcək.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.