Gürcüstana 6 ildən çox istismar müddəti olan avtomobillərin gətirilməsi qadağan ediləcək

Baş nazir İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib ki, Parlamentə 6 ildən artıq istismar müddəti olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.


Kobaxidzenin sözlərinə görə, 2012-ci ildə Gürcüstanda 864 min avtomobil qeydiyyatda olub, cari ilin məlumatlarına əsasən isə bu göstərici 2 milyonu ötüb.

“Son illər Gürcüstanda avtonəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə
artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi, cari ilin göstəricilərinə görə isə bu rəqəm 2 milyonu keçib. Görürük ki, söhbət nə qədər böyük miqyasdan gedir. Avtomobillərin sayının belə artması bir tərəfdən yol hərəkətinin yüklənməsinə, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.
Buna görə də hesab edirik ki, bu sahədə də çox vacib tədbirlərin görülməsi zəruridir. Bunun üçün parlamentə 6 ildən artıq istismar müddəti olan avtomobillərin idxalının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim etmişik. Kiçik istisnalar nəzərdə tutulacaq. Bununla belə, hesab edirik ki, 6 ildən artıq istismar müddəti olan avtomobillərin ölkəyə gətirilməməsi prinsipial əhəmiyyət daşıyır. Bu, ekologiya, insanların sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin edilməsi baxımından vacibdir”, –
deyə Kobaxidze bildirib.

 

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google