Gürcüstanda hər 3 nəfərdən biri özünü yoxsul hesab edir: Sosial yardım alanların sayı artır
Gürcüstanda yoxsulluq səviyyəsi ilə bağlı son göstəricilər narahatlıq doğurur. Rəsmi məlumatlara görə, son bir il ərzində ölkədə həm yoxsulluq həddindən aşağı yaşayanların, həm də dövlətdən yardım istəyənlərin sayı artıb.

Sosial Xidmətlər Agentliyinin 2026-cı ilin yanvar ayına olan məlumatına görə, hazırda ölkədə 710 min 226 nəfər yaşayış müavinəti (sosial yardım) alır. Müqayisə üçün bildirək ki, ötən ilin
eyni dövründə bu rəqəm 696 min nəfər civarında idi. Bu isə yardım alanların sayının 2% artması deməkdir.

Dövlətə "yoxsulam" deyib müraciət edənlər 1.3 milyonu keçib Daha bir diqqətçəkən məqam isə yardım üçün müraciət edib qeydiyyata düşənlərin sayıdır. Hazırda Agentliyin bazasında 1 milyon 309 min 303 nəfər qeydiyyatdadır. Bu şəxslər rəsmən bəyan ediblər ki, onlar yoxsulluq şəraitində yaşayırlar və dövlətin köməyinə ehtiyacları var. Ötən ilin yanvarı ilə müqayisədə bu siyahıya daha 34 min nəfər əlavə olunub.

Hər 5 nəfərdən biri dövlətdən yardım alır Milli Statistika Xidmətinin son rəqəmlərinə əsasən, Gürcüstan əhalisi hazırda 3 milyon 704 min 500 nəfərdir. Bu statistikaları birləşdirdikdə ortaya acınacaqlı mənzərə çıxır:
  • Ölkədə hər 3 nəfərdən biri özünü yoxsul hesab edir.
  • Hər 5 nəfərdən biri isə birbaşa dövlətdən yaşayış müavinəti alır.
Ekspertlər bildirirlər ki, bu artım həm ölkədəki iqtisadi çətinliklərdən, həm də inflyasiyanın ailə büdcələrinə vurduğu zərbədən xəbər verir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google