Gürcüstanda yoxsulluq səviyyəsi ilə bağlı son göstəricilər
narahatlıq doğurur.
Rəsmi məlumatlara görə, son bir il ərzində ölkədə həm yoxsulluq
həddindən aşağı yaşayanların, həm də dövlətdən yardım istəyənlərin
sayı artıb.
Sosial Xidmətlər Agentliyinin 2026-cı ilin yanvar ayına olan
məlumatına görə, hazırda ölkədə 710 min 226 nəfər yaşayış müavinəti
(sosial yardım) alır. Müqayisə üçün bildirək ki, ötən ilin
eyni
dövründə bu rəqəm 696 min nəfər civarında idi. Bu isə yardım
alanların sayının 2% artması deməkdir.
Dövlətə "yoxsulam" deyib müraciət edənlər 1.3 milyonu keçib Daha
bir diqqətçəkən məqam isə yardım üçün müraciət edib qeydiyyata
düşənlərin sayıdır. Hazırda Agentliyin bazasında 1 milyon 309 min
303 nəfər qeydiyyatdadır. Bu şəxslər rəsmən bəyan ediblər ki, onlar
yoxsulluq şəraitində yaşayırlar və dövlətin köməyinə ehtiyacları
var. Ötən ilin yanvarı ilə müqayisədə bu siyahıya daha 34 min nəfər
əlavə olunub.
Hər 5 nəfərdən biri dövlətdən yardım alır Milli Statistika
Xidmətinin son rəqəmlərinə əsasən, Gürcüstan əhalisi hazırda 3
milyon 704 min 500 nəfərdir. Bu statistikaları birləşdirdikdə
ortaya acınacaqlı mənzərə çıxır:
- Ölkədə hər 3 nəfərdən biri özünü yoxsul hesab
edir.
- Hər 5 nəfərdən biri isə birbaşa dövlətdən yaşayış
müavinəti alır.
Ekspertlər bildirirlər ki, bu artım həm ölkədəki iqtisadi
çətinliklərdən, həm də inflyasiyanın ailə büdcələrinə vurduğu
zərbədən xəbər verir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.