Milli Qida Agentliyinin Acarıstan Departamentinin müfəttişləri
dövlət nəzarəti çərçivəsində müxtəlif profilli 7 qeydə alınmamış
obyekt aşkar ediblər.
Agentliyin məlumatına görə, sözügedən obyektlər agentlik tərəfindən
verilmiş tanınma sənədi və iqtisadi fəaliyyətlər reyestrində
qeydiyyat olmadan fəaliyyət göstəriblər.
Konkret olaraq, fiziki şəxs F.T. (ünvan: Xelvaçauri, Maxo kəndi) –
quş kəsim məntəqəsində kritik uyğunsuzluqlar aşkarlanıb; quşlar
baytarlıq nəzarəti olmadan kəsilib, şübhəli mənşəyə malik quş əti
möhürlənib.
- Fiziki şəxs D.A. (ünvan: Xelvaçauri, Panaskerteli-Tsitsişvili
küçəsi №29) – quş kəsim məntəqəsində kritik uyğunsuzluqlar
aşkarlanıb.
- Fiziki şəxs D.M. (ünvan: Batumi, Daud Asambadze küçəsi 3a) –
heyvan kəsim məntəqəsində kritik uyğunsuzluqlar, həmçinin sağlamlıq
nişanı olmayan ət aşkarlanıb və möhürlənib.
- “Bakuri” MMC (ünvan: Batumi, Severian Acareli küçəsi №4, aqrar
bazar) – toyuq satış sahəsində kritik uyğunsuzluqlar aşkarlanıb.
Biznes operatoru sanitar-gigiyenik normaları kobud şəkildə pozaraq,
quş ətini birbaşa kəsim yerində satıb.
- Fiziki şəxs N.S. (ünvan: Kobuleti, Azadlıq küçəsi №17) –
obyektdə kritik uyğunsuzluqlar aşkarlanıb, sağlamlıq nişanı olmayan
şübhəli mənşəli ət möhürlənib.
- Fərdi sahibkar İ.K. (ünvan: Kobuleti, Rustaveli küçəsi №168) –
iqtisadi fəaliyyətin qeydiyyatı və tanınması olmadan fəaliyyət
göstərib; ət məhsulları istehsalı müəssisəsində kritik
uyğunsuzluqlar aşkarlanıb.
- Fiziki şəxs M.Q. (ünvan: Batumi şəhəri, Barxani qəsəbəsi,
Tsabadze küçəsi №5) – qeyri-qanuni heyvan kəsim məntəqəsində
müxtəlif uyğunsuzluqlar aşkarlanıb, baytarlıq nəzarəti olmadan əldə
edilmiş ət möhürlənib.
Agentliyin bildirdiyinə görə, dövlət nəzarəti nəticəsində aşkar
olunan pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Biznes operatorları cərimələnib, uyğunsuzluqlar tam aradan
qaldırılanadək onların istehsal fəaliyyəti dayandırılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.