İsrailin Gürcüstandakı səfirliyi Tbilisidə İran İslam
İnqilabının ildönümünə həsr olunmuş tədbirdə hökumət
nümayəndələrinin iştirakına və
Mtatsminda televiziya qülləsinin İran bayrağının rəngləri ilə
işıqlandırılmasına görə Gürcüstan hökumətini tənqid edib.
“İranın qatil və terroru dəstəkləyən rejimi öz
şəhərlərinin küçələrində minlərlə insanı öldürərkən, öz
vətəndaşlarını sıxışdırarkən və həm regionda, həm də bütün dünyada
terror fəaliyyətində aktiv şəkildə iştirak edərkən, Tbilisidə həmin
rejimlə birlikdə İran İslam İnqilabının ildönümünü Mtatsminda
qülləsini İran bayrağının rəngləri ilə işıqlandırmaqla qeyd etməyə
qərar verdilər.
Bu region üçün, dünya üçün və uzun illərdir azadlıq və demokratiya
uğrunda mübarizə aparan İran vətəndaşları üçün hansı
mesajdır?”, – deyə İsrail səfirliyinin bəyanatında
bildirilir.
11 fevralda, İran İslam İnqilabının qələbə günü ilə əlaqədar
olaraq, Tbilisi qülləsi İran bayrağının rənglərində işıqlandırılıb.
Bundan başqa, Bidzina İvanişvilinin “Paragraph” otelində İran İslam
Respublikasının milli gününə (inqilabın ildönümünə) həsr olunmuş
qəbul təşkil edilib və tədbirdə “Gürcü Arzusu”nun xarici işlər
nazirinin müavini Laşa Darsalia çıxış edib.
Laşa Darsalianın çıxışı Gürcüstandakı İran səfiri tərəfindən
yayılıb.
“Bu ölkəyə İran İslam Respublikasının milli bayramını
Gürcüstan hökuməti adından təbrik etmək mənim üçün böyük
şərəfdir.
Milli bayram hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır və həmin
dövlətin tarixi yolunu, inkişafını və milli kimliyini əks
etdirir.
İqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə xalqlar arasında
illər ərzində formalaşmış sıx əlaqələr iki ölkə arasında
əməkdaşlığın əsasını təşkil edir.
Biz bu illər ərzində Gürcüstana göstərdiyi qətiyyətli dəstəyə görə
İrana yüksək qiymət veririk. İran İslam Respublikası Gürcüstanın
müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və buna görə biz
İran dövlətinə minnətdarıq.
Gürcüstan hökuməti regionda pozitiv gündəliyin irəli aparılması
üçün İran İslam Respublikası ilə əməkdaşlığı davam etdirməyə
hazırdır”, — deyə Laşa Darsalia bildirib.
O, Seyyed Əli Modjaninin Gürcüstanda fövqəladə və səlahiyyətli
səfir kimi təyin olunmasını təbrik edib və İran xalqına “sülh,
sabitlik və rifah” arzulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.