İLİAUNİ-də yalnız pedaqogika və STEM ixtisasları qalacaq – hökumətin qərarı

“Gürcü Arzusu” hökumətinin qərarına əsasən, dövlət universitetlərində hansı tədris proqramlarının həyata keçirilə biləcəyi müəyyənləşdirilib.


Bu qərarla birlikdə ölkənin ən böyük universitetlərindən biri olan İlya Dövlət Universitetinin tədris sahələri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılır.

Dəyişikliklər növbəti tədris ilindən – 2026–2027-ci ildən qüvvəyə minəcək.

Əgər hazırda universitet onlarla proqram həyata keçirirsə, gələn ildən yalnız bir neçə istiqamət qalacaq. Xüsusilə:

Pedaqogika;
• ABET akkreditasiyasına malik STEM ixtisasları.

ABET akkreditasiyası nə deməkdir?

ABET — mühəndislik və texniki sahələr üzrə akkreditasiya formasıdır. Bu akkreditasiya aşağıdakı sahələrdə fəaliyyət göstərən universitetlərə verilir:
• mühəndislik;
• kompüter elmləri;
• texnologiyalar;
• tətbiqi elmlər.

STEM ixtisası nədir?
STEM — aşağıdakı sözlərin birləşməsindən yaranmış abreviaturadır:
• S – Science (elm);
• T – Technology (texnologiya);
• E – Engineering (mühəndislik);
• M – Mathematics (riyaziyyat).

STEM həmçinin kompüter elmlərini, proqramlaşdırmanı, elektrik və mexanika mühəndisliyini, biologiyanı, kimyanı, fizikanı, riyaziyyatı və süni intellekti də əhatə edir.

Bu qərarla universitet artıq sosial-siyasi elmlər, hüquq və digər sahələr üzrə proqramlar həyata keçirə bilməyəcək.

Digər universitetlərdə vəziyyət necədir?

Ən çox tədris istiqaməti Tbilisi Dövlət Universitetində qalır. “Gürcü Arzusu” hökumətinin təhsil naziri Givi Mikanadze bu universiteti “ana universitet” adlandırıb.

Universitetlərdə qorunan istiqamətlər:

Tbilisi Dövlət Universiteti
• dəqiq və təbiət elmləri;
• humanitar elmlər (pedaqogika istisna olmaqla);
• hüquq;
• iqtisadiyyat və biznesin idarə edilməsi;
• sosial və siyasi elmlər.
Gürcüstan Texniki Universiteti
• mühəndislik–texniki fənlər.

“Hazırda hökumətin təsdiqlədiyi qərarda aqrar sahə müvəqqəti olaraq Gürcüstan Texniki Universitetində qalır, buna görə qəbul texniki universitetin adı ilə elan ediləcək. Lakin yaxın günlərdə restrukturizasiya prosesi başlayacaq və bir neçə ay ərzində aqrar sahə Suxumi Dövlət Universitetinin tabeliyinə veriləcək…
2026–2027-ci tədris ilində yeni qəbul olunacaq tələbələr aqrar fakültədə təhsilə Suxumi Dövlət Universitetində başlayacaqlar”,
– deyə Qivi Mikanadze bildirib.

Tbilisi Dövlət Tibb Universiteti
• tibb ixtisasları.

Suxumi Dövlət Universiteti
• aqrar ixtisaslar;
• gürcü–abxaz dili və ədəbiyyatı, həmçinin pedaqogika ixtisasları.

Digər universitetlər
• İncəsənət universitetləri və İdman Universiteti müvafiq ixtisaslar üzrə tələbə qəbul edəcəklər;
• Batumi və Kutaisi universitetləri çoxprofilli universitet statusunu qoruyacaqlar;
• Zuqdidi, Qori, Axaltsixe və Telavi universitetlərində isə diqqət aqrar ixtisaslara, turizm sahəsinə və pedaqogikaya yönəldiləcək.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google