PMCG tədqiqat mərkəzinin son hesabatına görə, 2026-cı ilin yanvar
ayında Gürcüstanda maaş alan şəxslərin sayında artım müşahidə
olunub.
Hazırda ölkədə rəsmi maaş alanların ümumi sayı 904 967 nəfərə
çatıb.
Tədqiqat göstərir ki, məşğul əhalinin sayı ötən ilin dekabrı ilə
müqayisədə 11,7%, 2025-ci ilin yanvarı ilə müqayisədə isə 2,8%
artıb. Lakin maaşların məbləği üzrə bölgü fərqlidir.
Maaş
diapazonları üzrə statistika:
- Aşağı maaşlar: Yanvar ayında 161 min nəfərin aylıq
maaşı 599 lariyə qədər olub. Bu, ümumi işçilərin 17,8%-ni təşkil
edir.
- Orta-aşağı maaşlar: Maaşı 600 - 1199 lari arasında
olanların sayısı 194 min nəfər təşkil edib.
- Orta-yüksək maaşlar: 1200 - 2399 lari diapazonunda maaş
alanların sayı 274 min nəfərdir.
- Yüksək maaşlar: 2400 lari və daha çox alanların sayı
276 min nəfər (ümumi işçilərin 30,5%-i) olub.
Qeyd edək ki, bu qrupda ötən ilin dekabrı ilə müqayisədə kəskin
azalma (20,3 faiz bəndi) müşahidə olunur ki, bu da il sonu
mükafatlarının (bonusların) yanvarda olmaması ilə izah edilə
bilər.
Elit maaşlar: Aylıq 9600 lari və daha çox maaş alanların
sayı 23 529 nəfər (ümumi işçilərin 2,6%-i) təşkil edib.
İllik müqayisə:
2025-ci ilin yanvarı ilə müqayisədə aşağı maaş (600 lariyədək)
alanların faiz nisbəti azalıb, yüksək maaş (2400 lari+) alanların
nisbəti isə 4% artıb. Bu, ölkədə orta əməkhaqqının tədricən
yüksəlmə meyillərindən xəbər verir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.