Yekaterinburqda məhkəmə Azərbaycan diasporunun yeddi üzvünü sərt
rejimli koloniyada 10 ildən 22 ilədək həbsə məhkum edib.
Kirov rayon Məhkəməsinin çıxardığı qərar 2001-2011-ci illərdə
törədilmiş qətllərlə bağlıdır. Xəbəri Rusiyanın bir sıra xəbər
agentlikləri, o cümlədən "Mediazona" yayıb.
Diasporun keçmiş rəhbəri Şahin Şıxlinski 22 il ciddi sərt koloniya
cəzasına məhkum edilib. Bakir Səfərova 10 il, Məzahir Səfərova
13
il, Şücaəddin Rəcəbov və Kamal Səfərova 14 il, Ayaz Səfərova 20 il,
Akif Səfərova isə 21 il həbs cəzası kəsilib.
Onlar əsasən 2001, 2010, 2011-ci illərdə yerli sahibkarlara qarşı
qətllər və qətl cəhdləri ilə bağlı ittiham olunublar. İstintaqın
versiyasına görə, cinayətlərə biznesdə təsir dairələrinin
bölüşdürülməsi, diaspor daxilində liderlik uğrunda mübarizə səbəb
olub.
E1 portalı Şıxlinskini şəhərdəki "iki ən nüfuzlu azərbaycanlıdan
biri" adlandırır. Nəşr onun Sverdlovsk vilayətinin
Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin
prezidenti Vidadi Mustafayevlə münaqişəsi olduğunu bildirirdi.
Sverdlovsk vilayətində təxminən 100 min etnik azərbaycanlının
yaşadığı deyilir.
Ş.Şıxlinski daha bir iş üzrə də təqsirləndirilir: o, oğlu Mütvəli
ilə birlikdə polis əməkdaşına zor tətbiqində ittiham olunur.
2024-cü il iyunun sonunda Rusiya Federal Təhlükəsizlik Xidməti
(FSB) Yekaterinburq şəhərində əslən Ağdam rayonundan olan
Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə
əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn
Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz
nəfər, o cümlədən Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti
aldığı bildirilir.
Bakı o zaman günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Azərbaycan Baş Prokurorluğu "Rusiya hüquq-mühafizə orqanlarının
əməkdaşlarının törətdiyi işgəncə və xüsusi amansızlıqla iki və daha
çox şəxsin qəsdən öldürülməsi" üzrə cinayət işi açıb.
Bundan öncə isə Bakı və Moskvanın əlaqələrində böhran yaranmışdı.
Buna AZAL təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə
qüvvələrinin səhvi nəticəsində qəzaya uğraması səbəb olmuşdu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.