'ABŞ və İsrail İranda hərbi uğur qazanır, amma siyasi məqsəd aydın deyil'
14:45 / 06.03.2026
ABŞ və İsrail İrana hava zərbələr endirir, ancaq döyüşlərdən sonra
nə olacağı ilə bağlı Vaşinqtonun aydın siyasi strategiyası yoxdur.
Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ müdafiə nazirinin Yaxın
Şərq üzrə keçmiş köməkçisinin müavini Dana Stroul deyib. O, hazırda
Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda tədqiqat
direktorudur.
Stroulun fikrincə, Tehranın adi hərbi imkanları zəiflədilir, amma
başqa variantları da var.
Məsələn, kiberhücumları, Yaxın Şərqdən
kənardakı şəbəkələrini işə sala bilər. Müharibə uzandıqca itkilər,
sursat, raketdən müdafiə sistemi ehtiyatları, qlobal iqtisadi
nəticələrin yaratdığı təzyiq arta bilər.
ABŞ müdafiə siyasəti baxımından İranla müharibədə indiki
mərhələdə real nə əldə etmək olar?
D.Stroul ABŞ müdafiə rəsmisinə istinadla deyir ki, hərbi məqsəd
İranın Yaxın Şərqdə təsir imkanlarını aradan qaldırmaqdır. ABŞ
müdafiə rəsmilərini üç əsas məsələ narahat edir: İranın nüvə silahı
proqramı, raket proqramı və Yaxın Şərqdə terroru dəstəkləməsi:
"Müharibə başlayandan bəri bu proqramları zəiflətmək,
gerilətmək üçün addımlar atıldığını görürük".
Təhlilçi bu hədəflər yönündə irəliləyiş əlamətlərini də sadalayır –
ABŞ və İsrail İrana hərbi kampaniyanın ilk 48 saatı içində İran
üzərində hava üstünlüyünə nail olub: İrana qarşı uzaqməsafəli
silahlardan deyil, birbaşa İran üzərində uçan qırıcılardan istifadə
olunur və s.
Pentaqon bildirir ki, İran münaqişənin əvvəlində olduğunda daha az
raket və dron buraxır. Bu İranın hazırkı hərbi vəziyyəti barədə nə
deyir? AzadlıqRadiosunun bu sualına cavabında D.Stroul deyib ki,
bu, ABŞ və İsrailin birlikdə İranın ənənəvi hərbi imkanlarını
zəiflətdiyini göstərir. Yəni hava təhdidlərini aradan qaldırmaq
istiqamətində irəliləyiş var.
"Amma siyasi nəticənin nə olacağı, prezidentin nə vaxt
"məqsədlərimizə çatdıq" deyəcəyi hələ də aydın deyil. Hazırda çox
qarışıq mesajlar verilir", – o vurğulayıb.
Bəs, İran bu səviyyədə döyüşləri nə qədər davam etdirə bilər?
Təhlilçinin fikrincə, İran rejimi üçün əsas sual qələbənin nə demək
olmasıdır: "Bu inqilabi rejim özünü yer üzündə Tanrının
iradəsinin təmsilçisi sayır. Onlara lazım olan sağ qalmaqdır. Raket
proqramı və ya nüvə proqramı zəifləsə belə, rejim sağ qalarsa, bu
proqramları yenidən qurmaq mümkündür".
Başqa ölkələr müharibəyə qoşula
bilərmi?
Keçmiş müdafiə rəsmisi başqa ölkələrin bu müharibəyə qoşulması
ehtimalı barədə deyir ki, İranın ABŞ-nin regiondakı tərəfdaşlarını
və müttəfiqlərini cəzalandırmaq strategiyası işləmədi:
"Hazırda İrandan gələn təhdidləri necə aradan
qaldırmağın ən yaxşı yolu barədə fəal müzakirələr
aparılır".
Stroul vurğulayır ki, Vaşinqton hazırda hərbi baxımdan effektiv
müharibə aparır, amma döyüşlər bitəndən sonra nə olacağı ilə bağlı
strategiya və ya siyasət yoxdur. Bu qeyri-müəyyən vəziyyətin isə
bir neçə riski var. Birincisi, daha çox amerikalı hərbçinin həlak
olması ehtimalı yaxınlaşan aralıq seçkilər fonunda Trampa təzyiq
yarada bilər. İkincisi, İranın regionu təhdid etmə imkanları
qarşısında ABŞ-nin sursat və raketdən müdafiə sistemləri
ehtiyatlarının nə qədər duruş gətirəcəyidir. Təhlilçi neftin qlobal
qiymətini, dünya iqtisadiyyatı və təchizat zəncirləri kimi
məsələləri də sadalayır.
Regional müttəfiqlər müdafiə rolundan çıxaraq daha fəal iştirak
etsələr, bu münaqişənin gedişini dəyişə bilərmi? Stroul deyir, bu,
münaqişənin hərbi nəticəsini dəyişməyəcək, çünki ABŞ və İsrail İran
üzərində ənənəvi hərbi baxımdan özləri də üstünlük qazanırlar.
Koalisiyanın genişlənməsi siyasi baxımdan əhəmiyyətli ola
bilər.
İran Yaxın Şərqi hələ çoxmu təhdid edə bilər, bunu etməyə çoxmu
qabiliyyəti qalıb?
Stroul İranın Yaxın Şərqdə hücum xarakterli kiber əməliyyatlara
hələ başlamadığını deyir: "Üstəlik, İranın dünyada
gizli hücrələrdən və terror şəbəkələrindən ibarət qlobal sistemi
var. Onların da aktivləşdiyini görməmişik". Təhlilçi
Avropa, ABŞ və Asiya ölkələrinin bu riski nəzərə alaraq kəşfiyyat
əməkdaşlığını gücləndirə biləcəyini də vurğulayır.
Müharibənin nə qədər çəkəcəyinə gəlincə, D.Stroul hərbi baxımdan
bir neçə həftə davam edə biləcəyini deyir. Məsələn, İran
donanmasının qalan hissəsinin məhv edilməsi, yaxud ölkə daxilində
qalan raket və dron arsenalının sıradan çıxarılması kimi.
"Əsas problem odur ki, prezident Trampın siyasi
hədəfinin nə olduğunu hələ eşitməmişik. Risk isə ondadır ki, bu
müharibə tədricən irəli gedərək uzunmüddətli münaqişəyə çevrilə
bilər", – D.Stroul bildirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.