"Gözləntimiz bu rejimin devrilməsidir". Bunu İsrailin tanınmış
müxalifət lideri, keçmiş müdafiə,
xarici işlər və maliyyə naziri Aviqdor Liberman AzadlıqRadiosunun
hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib.
O, müharibənin "çox yaxşı" getdiyini deyib, amma əsas məsələnin
yekun nəticəyə bağlı olduğunu vurğulayıb.
"Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da
vəhşilikləri gördük. Məncə bu, azad dünya üçün ən böyük çağırışdır.
Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz
deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq
hamıya çox aydındır", – Liberman söyləyib.
Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos
barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan
böyük
qarışıqlığı qeyd edir, amma deyir ki, "bütün alternativlər arasında
ən pis variant İranda onların hakimiyyətdə qalmasıdır. Məncə, daha
yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari
onların hakimiyyətdə qalmasıdır".
Kürdlər, bəluclar...
Bu həftə ABŞ mediası Vaşinqtonun İranın kürd müxalifət qrupları,
eləcə də İraqdakı kürd liderləri ilə İrana hücum ehtimalını
müzakirə etdiyini yazıb. İraqdakı kürdlərin İrana daxil olması
ehtimalı barədə suala cavabında Liberman İsrailin İran daxilində
çoxlu müttəfiqləri olduğunu deyir.
"İlk növbədə etirazları gördük. Bu, uzun illər əziyyət
çəkən İran xalqı idi. Bəluc kimi azlıqların bu rejimə nifrət etməsi
üçün yetərincə səbəblər var. Kürdlər var, başqaları var. Liderliyə
konkret kimin keçəcəyini bilmirəm. Amma ABŞ-də şahın oğlu var.
Avropada, Skandinaviya ölkələrində, ABŞ-də güclü müxalifət qrupları
var. Çoxlu qüvvə var. Kimsə bütün bu qruplar arasında əlaqələri
idarə etməlidir. Fikrimcə, bu rejimi devirmək və hakimiyyəti
dəyişmək istəyən yetərincə insanlar və qruplar var",
– keçmiş nazir bildirir.
Xaos – ən pis ssenari
A.Liberman ən pis ssenarinin xaos olduğunu deyir:
"Eyni
rejim hakimiyyətdə qalmağı bacarsa, iqtisadi vəziyyətdən dolayı
daha qəddar, daha fanatik bir rejimə çevriləcək. Bu halda anarxiya
və etirazlar yayıla bilər".
Fevralın 28-dən ABŞ və İsrail İrana hava zərbələri endirir. Ali
lider Əli Xamenei və bir neçə ailə üzvü elə həmin öldürülüb. İran
isə cavabında Təl-Əvivi, ABŞ-nin regionda bazaları olan ölkələri
vurur.
Martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə də dronlar düşüb.
Azərbaycan prezidenti İlham Əliyev hadisəni "terror aktı" kimi
pisləyib, İrandan üzrxahlıq tələb edib. Dövlət başçısı deyib ki,
hücumu törədənlər məsuliyyətə cəlb olunmalıdır.
Tehran isə Azərbaycanı, qonşu ölkələri hədəfə almadığını
bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.