Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması qüvvəyə minib

Bu gündən, 6 martdan etibarən Avropa Komissiyasının Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması barədə qərarı qüvvəyə mindi.



"Müvafiq olaraq, onlara Şengen zonasına rəsmi məqsədlərlə daxil olarkən viza lazım olacaq", - Avropa Komissiyası bəyan edir və qeyd edir ki, "bu, vizanın dayandırılmasının yeni, gücləndirilmiş mexanizminin istifadə edildiyi ilk haldır".

Avropa Komissiyası tərəfindən dərc olunmuş press-relizə əsasən, qərar "Gürcüstan tərəfindən vizasız rejim çərçivəsində götürülmüş öhdəliklərin demokratiya və fundamental hüquqların əsas sahələrində qəsdən və daimi şəkildə pozulmasına cavab olaraq" qəbul edilib.

Gürcüstan hakimiyyətinin 2024-cü ilin oktyabrından sonrakı hərəkətləri, o cümlədən nümayişçilərə, müxalifətçi siyasətçilərə və müstəqil mediaya qarşı həyata keçirilmiş hərəkətlər Gürcüstandakı vəziyyətə mənfi təsir göstərib və bir neçə fundamental hüququn və beynəlxalq hüquq standartının pozulmasına səbəb olub.

Gürcüstan həmçinin Avropa İttifaqının viza siyasəti ilə harmonizasiyadan imtina edib, hansı ki vizasız gediş-gəlişin saxlanılmasının zəruri şərtidir. Komissiya hesab edir ki, Gürcüstan hakimiyyətinin hərəkətləri viza liberallaşdırılmasının əsaslandığı prinsipləri sarsıdır.

"Gücləndirilmiş nəzarət"
Avropa Komissiyası bu gün həmçinin üzv ölkələrin konsulluq idarələri və sərhəd xidməti üçün təlimat xarakterli göstərişlər qəbul edib ki, qərarın effektiv icrasına kömək etsin. Hansı ki, Avropa İttifaqının xarici sərhədlərini keçərkən Gürcüstanın bütün vətəndaşlarının gücləndirilmiş yoxlanılmasını nəzərdə tutur.

Gürcüstan hakimiyyətinin nümayəndələri Avropa İttifaqına rəsmi və diplomatik məqsədlər üçün səyahət edərkən öz diplomatik və ya xidməti pasportlarından istifadə etməlidirlər. Əks halda onlara girişdən imtina edilə bilər.

Üzv dövlətlər həmçinin təmin etməlidirlər ki, Gürcüstanın bütün vətəndaşları milli və Avropa məlumat bazalarında yoxlanılsın. Həmçinin, Gürcüstanın diplomatik, xidməti və ya rəsmi pasport sahibləri tərəfindən Şengen vizası tələb edilərkən, Avropa İttifaqının üzv dövlətlərinə müraciətlərin hərtərəfli yoxlanılması, o cümlədən müsahibə aparılması və əlavə sənədlərin tələb edilməsi tövsiyə olunur.

Əgər müraciətdə təqdim
olunmuş informasiyanın etibarlılığı ilə bağlı şübhə yaranarsa, üzv dövlətlər viza verilməsindən imtina etməlidirlər.

Növbəti addımlar
Müvəqqəti dayandırılma bu gün qüvvəyə minir və 12 ay ərzində - 2027-ci il 6 mart tarixinədək davam edəcək.

Əgər Gürcüstan hakimiyyəti idarəetmə və hüququn aliliyi ilə bağlı problemləri həll etməsə, Avropa Komissiyası dayandırma müddətini 24 aya qədər uzada bilər. Komissiya həmçinin qərarı Gürcüstanın bütün vətəndaşlarına şamil edə bilər.

Bu dövrdə Gürcüstan hakimiyyətinin üzərinə vəziyyətin düzəldilməsi ilə bağlı məsuliyyət düşür. Avropa Komissiyası qətiyyətlə Gürcüstan hakimiyyətini bu prosesə konstruktiv şəkildə qoşulmağa çağırır. Tbilisi Avropa İttifaqı tərəfindən qeyd olunmuş tövsiyələrin yerinə yetirilməsindən, o cümlədən mübahisəli qanunların ləğvindən imtina edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Avropa İttifaqı ilə vizasız gediş-gəlişin mümkün dayandırılması ölkə üçün "ekzistensial məsələ" deyil və o, "sülh və sabitliyə üstünlük verərdi".

Avropa Şurası 2024-cü il 16 dekabr iclasında Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız gediş-gəlişin dayandırılması barədə qərar qəbul edib.

Gürcüstanda diplomatik pasportlar ölkənin ali vəzifəli şəxslərinə, o cümlədən prezidentə, baş nazirə və Parlament sədrinə (və onların həyat yoldaşlarına), nazirlərə və onların müavinlərinə, Parlament üzvlərinə, Katolik-Patriarxa və başqalarına verilir.

Xidməti pasportlar nazirliklərin və agentliklərin bir sıra vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının, məhkəmələrin və prokurorluğun əməkdaşlarına, həmçinin diplomatik missiyaların inzibati-texniki personalına və digər dövlət qulluqçularına təsdiq olunmuş kvotalara uyğun olaraq verilir.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google