Tbilisidə qrup halında oğurluq edən yeniyetmələr saxlanılıb
Tbilisi Polis İdarəsinin Yeniyetmələrlə İş Baş İdarəsinin əməkdaşları qrup halında oğurluq və talan törətməkdə şübhəli bilinən 4 yeniyetməni saxlayıblar. Saxlanılanlardan üçü əvvəllər məhkum olunub və hazırda şərti cəza çəkir.

İstintaq zamanı məlum olub ki, yeniyetmələr əvvəlcədən əlbir olaraq Tbilisidəki ərzaq mağazaları və aptek şəbəkələrindən müxtəlif dəyərli malları oğurlayıb və hadisə yerindən qaçıblar. Onların törətdiyi oğurluq nəticəsində mağazalara
təxminən 30 000 lari ziyan dəyib.

Polis əməkdaşları həyata keçirilən əməliyyat və istintaq tədbirləri çərçivəsində çoxsaylı mağaza müşahidə kameralarının yazılarını götürüblər, bu yazılar şübhəlilərin cinayət əməlini təsdiqləyir. Aparılan əməliyyat nəticəsində bütün dörd yeniyetmə saxlanılıb.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin II və III hissələri, eləcə də 177-ci maddənin II və III hissələri ilə aparılır. Qanuna görə, bu cinayətlər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google