Ətraf mühitin qorunması və kənd təsərrüfatı nazirliyinin Ekoloji
Nəzarət Departamentinin əməkdaşları
1–28 fevral tarixləri arasında Tbilisi, Batumi, Kutaisi və
Rustavidə avtomobillərin tullantı qazlarının müəyyən edilmiş
normalara uyğunluğunu yoxlayıblar.
Nəticədə 831 pozuntu aşkarlanıb:
- Tbilisi – 489
- Batumi – 138
- Kutaisi – 126
- Rustavi – 78
Aşkarlanan pozuntuların 489-u fiziki şəxslər, 113-ü isə hüquqi
şəxslər tərəfindən törədilib. Detallara nəzər saldıqda,
normativləri pozanlar
arasında 472-i minik avtomobilinin, 335-i
mikroavtobusun, 24-ü isə yük avtomobilinin sürücüləridir.
Departament avtomobillərin tullantı qazlarının yoxlanışını 2023-cü
ilin sentyabrından həyata keçirir. Son aylarda yoxlamaların
effektivliyini artırmaq üçün inspektor briqadalarının sayı
artırılıb, həmçinin xüsusi avadanlıqlarla təchiz olunmuş hibrid
avtomobillər alınaraq yoxlamaların əhatə dairəsi
genişləndirilib.
Nəticədə, 2026-cı ilin yanvar-fevral aylarında avtomobillərin
tullantı qazlarının normalara uyğun olmaması ilə bağlı aşkarlanan
hallar 1 417-ə çatıb. Bu, havanın keyfiyyətinin yaxşılaşdırılması
və çirklənmənin azaldılması istiqamətində əhəmiyyətli
irəliləyişdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.