İran Müctəba Xameneini yeni ali lider seçməklə ABŞ və İsrailə açıq
mesaj göndərir:
xarici təzyiq, başçısız qalmaq İslam Respublikasının rəhbərliyinin
formasını dəyişməyəcək, onu daha da sərtləşdirəcək, - ekspertlər
belə deyirlər.
Keçmiş Ali lider Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana
hava hücumu başlatdığı gün öldürülüb. Müctəba onun ikinci böyük
oğludur. O, sərt xətt tərəfdarı ruhani kimi tanınır. Ekspertlər
Məclisinin martın 8-də onu ali lider elan etməsi davamlılığı
göstərir.
"Tehranın verdiyi mesaj boyun əyməməkdir: Xameneinin birini
öldürürsünüz, qarşınıza digərini çıxarırıq", –
Vaşinqtondakı Ərəb Körfəzi Dövlətləri İnstitutunun baş elmi işçisi
Əli Əlfoneh AzadlıqRadiosuna deyib.
AzadlıqRadiosunun İran məsələləri üzrə yazarı Kian Şərifi qeyd edir
ki, bu seçim həm də sistemin kəskin daxili gərginlik içində
olduğunu üzə çıxardı. Ekspertlərin fikrincə, İslam İnqilabı
Keşikçiləri Korpusu (SEPAH)
ruhanilərin dominantlıq etdiyi siyasi
qurumları lider seçimindən sıxışdıraraq uzaqlaşdırıb. SEPAH İran
silahlı qüvvələrinin elit qolu, ölkə teokratiyasının onurğa
sütunudur.
İrsi idarəçilik
88 üzvü olan Ekspertlər Məclisi ABŞ və İsrailin hava hücumlarından
dolayı yeni lideri məsafədən seçməli olub. Yeni liderin dərhal
hədəfə çevriləcəyi qorxusu isə onun elan olunmasını təxirə
salıb.
Xameneinin dəstəklənməsi üçün SEPAH-ın məclis üzvlərinə təzyiq
göstərdiyi bildirilir. İlkin onlayn iclasda prosedur səbəbləri əsas
gətirilərək problem yaranıb. Səsvermənin tamamlanması üçün ikinci
iclas keçirilib.
K.Şərifi yazır ki, Xameneinin seçilməsi İslam Respublikasının əsas
tərəfdarları arasında daxili qəzəb yarada bilər. Bəziləri daha öncə
deyirdilər ki, irsi hakimiyyətə doğru addım 1979-cu il İslam
İnqilabının antimonarxist köklərinə xəyanətdir.
"Monarxiyaya qarşı inqilabın baş verdiyi ölkədə hökumət
artıq irsi hala gəlib. Bu baxımdan, bu, İslam Respublikası üçün
utanc mənbəyidir", – Missuri Elm və Texnologiya
Universitetindən Mehrzad Bürucirdi AzadlıqRadiosunun fars xidmətinə
deyib.
Liderin adı qala bilər
56 yaşlı M.Xamenei heç vaxt seçkili vəzifədə olmayıb. Onun orta
ruhani titulu olan hüccətülislam rütbəsi var. Ali liderlərə
səlahiyyət isə ayətullah titulu ilə verilir. Artıq dövlət mediası
ona yalnız ayətullah titulu ilə müraciət edir.
Bürucirdi deyir ki, gənc Xameneinin təcrübəsizliyi onu SEPAH-ın
idarə etdiyi "dərin dövlət"dən tamamilə asılı vəziyyətə salır.
Xamenei 20 il atasının qərargahı - Beytdə ruhanilər ilə SEPAH
arasında koordinasiya işləri aparıb.
Əlfonehin sözlərinə görə, Xameneinin də, atası kimi, hakimiyyəti
möhkəmləndirməsinə illər lazım olacaq: "O vaxta qədər dövlət
işlərinə prezident, parlament sədri, məhkəmə hakimiyyətinin
başçısı, SEPAH və nizami ordu təmsilçilərindən ibarət qeyri-rəsmi
idarəetmə şurasının nəzarət edəcəyini gözləyirəm".
Əlfoneh bildirib ki, nüfuzlu Ali Milli Təhlükəsizlik Şurasının
katibi Əli Laricani də qeyri-rəsmi idarəetmə şurasına kömək edəcək.
Laricani 2025-ci ilin iyununda İsrail ilə 12-günlük müharibədən
sonra əsas fiqur kimi ortaya çıxıb.
Siqnal
İsrail Xameneinin yeni ali lider seçilməsinə dərhal xəbərdarlıqla
reaksiya verib. İsrail ordusu Ə.Xameneinin istənilən varisini təqib
edəcəyi ilə hədələyib.
ABŞ prezidenti Donald Tramp isə daha öncə oğul Xameneinin
seçilməsini "qəbuledilməz" adlandırmışdı. O demişdi ki, Amerikanın
təsdiqi olmasa, İranın yeni lideri "uzun müddət davam
gətirməyəcək".
Bürucirdi deyir ki, Tehran Trampa meydan oxumaqla Ağ evə siqnal
göndərir:
"Onlar Trampa deyirlər: "Xeyr, Venesueladan
fərqli olaraq, növbəti şəxsin kimliyini sizin yox, bizim müəyyən
etmək gücümüz var"".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.