“Gürcü Arzusu” hökumətinin rəhbəri, baş nazir İrakli Kobaxidzenin
sözlərinə görə, Konstitusiya Məhkəməsinə
üç müxalif partiyanın qadağan edilməsi tələbi ilə verilmiş iddiaya
düzəliş etmək lazım gələ bilər.
İrakli Kobaxidze hökumətyönlü “TV İmedi” telekanalının doqquz
müxalifət partiyasının ittifaqı ilə bağlı sualını belə
cavablandırıb. O bildirib ki, mövcud məlumata görə, bu partiyalar
seçkilərdə 5 nömrə altında, vahid partiya və
ümumi siyahı ilə
iştirak etməyi planlaşdırırlar.
Kobaxidzenin sözlərinə görə, bu partiyalar “Vahid Milli Hərəkat”ın
siyasi mühitindən yaranmış təşkilatlardır.
“Bizim üçün bunun yeganə nəticəsi odur ki, Konstitusiya
Məhkəməsinə təqdim etdiyimiz iddianı korrektə etməli olacağıq.
Yaranmış yeni konfiqurasiyaya uyğun olaraq partiyaların adlarının
dəyişdirilməsi lazım gələcək”, – Kobaxidze 9 martda,
Orbeliani sarayında gürcü fiqurlu konkisürənlərin Şərəf Ordeni ilə
təltif olunması mərasimindən sonra jurnalistlərə açıqlamasında
deyib.
Onun sözlərinə görə, bu siyahı genişləndirilə də bilər və
Konstitusiya Məhkəməsinə təqdim edilən iddiaya bütün uyğun
partiyalar daxil edilə bilər.
“Bu məsələ üzərində işləyəcəyik və müvafiq qərar qəbul
edəcəyik”, – deyə Kobaxidze əlavə edib.
Kobaxidze bildirib ki, yeni yaradılmış birlik mahiyyət etibarilə
iddiada göstərilən iki partiyanı təkrar edir.
“İddiada göstərilən iki partiya faktiki olaraq bu yeni birlikdə
təkrarlanır. ‘Azadlıq Meydanı’ da tam şəkildə ‘Milli Hərəkat’ın
siyasi mühitindən yaranmış partiyadır. Onların hamısı həm 2012-ci
ildən əvvəl, həm də sonra ‘Milli Hərəkat’ və ya radikal müxalifətlə
bağlı olublar – partiya sədrindən tutmuş bütün liderlərinə
qədər”, – deyə Kobaxidze bildirib.
“Azadlıq Meydanı” partiyasının sədri Levan Tsutskiridze ilə bağlı
dəqiqləşdirici suala cavab olaraq Kobaxidze deyib ki, o 2008-ci
ildə seçkilərin saxtalaşdırılmasında iştirak edib.
“O, 2008-ci ildə seçkilərin saxtalaşdırılması
prosesində iştirak edib. Bundan sonra onun dedikləri inandırıcı
görünmür”, – Kobaxidze bildirib.
“Gürcü Arzusu”nun Konstitusiya Məhkəməsinə
iddiası
“Gürcü Arzusu” ötən il 31 oktyabrda Konstitusiya Məhkəməsinə
müraciət edərək üç müxalif partiyanın qadağan edilməsini tələb
edib. Hakim partiya 2024-cü il parlament seçkilərində seçki
baryerini keçmiş dörd partiyadan üçünün qadağan olunmasını
istəyir:
- “Birlik – Milli Hərəkat”
- “Dəyişikliklər üçün Koalisiya – Qvaramia, Melia, Qirçi,
Droa”
- “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq
üçün!”
“Gürcü Arzusu”nun iddiasına görə, bu partiyalar siyasi proseslərdə
qeyri-konstitusion fəaliyyətlərdə, o cümlədən Gürcüstan dövlətinə
qarşı aparılan sabotajda iştirak ediblər və illər boyu eyni
mövqedən çıxış ediblər.
İddiada həmçinin qeyd olunur ki, bu üç partiya ilə “sıx əlaqədə
olan” daha 10 partiya mövcuddur. Hakim partiya onları “formal, bir
nəfərlik və kiçik partiyalar” adlandırır.
Bunlar aşağıdakılardır:
- Elene Xoştarianın “Droa” partiyası
- Zurab Caparidzenin “Qirçi – Daha çox azadlıq”
partiyası
- “Strategiya Ağmaşenebeli”
- “Avropa Gürcüstanı”
- “Federalistlər”
- “Gürcüstan Respublika Partiyası”
“Hazırda onların siyasətə ciddi təsiri və seçki
baryerini keçmək üçün real perspektivi olmadığına görə bu mərhələdə
qadağan edilmələri zəruri hesab edilmir. Onların
qeyri-konstitusionluğu məsələsi sonradan gündəmə gələ bilər – əgər
siyasi proseslərə ciddi təsir imkanları əldə
etsələr”, - iddiada qeyd olunur.
Doqquz müxalifət partiyasının ittifaqı
2 martda müxalifət partiyaları – “Dəyişikliklər üçün Koalisiya”,
“Qirçi – Daha çox azadlıq”, “Droa”, “Milli Hərəkat”, “Strategiya
Ağmaşenebeli”, “Federalistlər”, “Milli-Demokrat Partiyası”, “Avropa
Gürcüstanı” və “Azadlıq Meydanı” – ittifaq yaratdıqlarını elan
ediblər.
Onların açıqlamasına görə, bu ittifaq strateji və fəaliyyət
qaydaları üzrə birgə razılaşmanı nəzərdə tutur.
Razılaşdırılmış əsas prinsiplər
Müxalifət partiyaları üç prinsip üzrə razılığa gəlib:
- “Müxtəliflik daxilində birlik” – partiyalar ideoloji
kimliklərini qoruyur, lakin vahid etiraz aksiyaları və
kommunikasiya strategiyası üzərində razılaşırlar.
- “Demokratik alternativ” – qərarlar bərabərlik prinsipi
ilə və kənar təsirlərdən azad şəkildə qəbul edilir.
- “Siyasi və ictimai konsensus” – məqsəd demokratik
koalisiya hökumətinin formalaşdırılması və zəruri islahatların
həyata keçirilməsidir.
“Müxalifətin ittifaqı sonadək mübarizə aparacaq –
siyasi məhbusların azad olunmasına və azad, ədalətli seçkilərdə
qələbəyə qədər”, - birgə bəyanatda deyilir.
Kobaxidzenin bəyanatına reaksiyalar
“Bizim üçün hər hansı bir siyasi partiyanın qadağan
edilməsi hamısının qadağan olunması deməkdir. Bu isə Gürcüstanda
siyasi prosesin ləğv edilməsinə cəhd deməkdir”, -
İttifaq nümayəndələri “Azadlıq Radiosu”na bildiriblər.
Onların sözlərinə görə, vahid siyahı və seçki konfiqurasiyası
barədə müzakirə hazırkı şəraitdə mənasızdır, çünki əvvəlcə yeni,
azad və ədalətli seçkilərin keçirilməsi təmin olunmalıdır.
“Seçkilər əldə olunduqdan sonra qələbə üçün necə lazım
olarsa, ittifaq razılaşmasında nəzərdə tutulduğu kimi birlikdə
hərəkət edəcəyik.”
“Azadlıq Meydanı” partiyasının baş katibi Bakur Kvaşilavanın
sözlərinə görə, Kobaxidzenin onların partiyası barədə dedikləri
“tamamilə yalandır”.
Onun fikrincə, bu iddialar o qədər aydın olacaq ki, nəticədə “Gürcü
Arzusu geri çəkilməli və əsassız ittihamlarını geri götürməli
olacaq”. Buna görə də o hesab edir ki, əgər Gürcüstanda hüquqi
dövlət varsa, “Azadlıq Meydanı” partiyasının iddiaya daxil edilməsi
mümkün deyil.
Yenilənmə
Sonradan “Azadlıq Meydanı”nın sədri Levan Tsutskiridze sosial
şəbəkədə paylaşım edərək Kobaxidzenin 2008-ci il seçkilərinin
saxtalaşdırılmasında iştirak etdiyi barədə iddiasını “tam yalan və
siyasi təbliğat” adlandırıb.
“Həqiqət isə ‘Gürcü Arzusu’ üçün çox narahatedicidir:
Niyə bir neçə il əvvəl şəxsən Şalva Papuaşvili məndən Ombudsman
seçimi üzrə komissiyada iştirak etməyi xahiş etmişdi?
Niyə mənim təşkilatım onlara və digər partiyalara institusional
güclənmə və daxili demokratik proseslərin inkişafında kömək edəndə
‘Gürcü Arzusu’ mənə təşəkkür edirdi?
Onlar üçün sən onlara kömək etdiyin müddətdə ‘peşəkar’, müstəqil
siyasi alternativ yaratdığın anda isə ‘düşmən’ olursan”, - o,
sosoial şəbəkədə yazıb.
O əlavə edib ki, onun bioqrafiyasında şübhəli heç nə yoxdur, yalnız
həmişə açıq və şəffaf olmuş peşəkar fəaliyyət yolu var.
Tsutskiridze həmçinin İrakli Kobaxidzeni ictimai debatlara dəvət
edib:
“Gəlin, açıq debatda görüşək – əgər kabinetdən çıxıb
insanların qarşısına çıxmaqdan
qorxmursunuzsa.”
Bundan əvvəl Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də
Kobaxidzenin bəyanatına sosial şəbəkədə reaksiya verib.
“Gürcüstanda terror hər gün yeni addım atır. Baş nazir
Kobaxidze yeni qanunlar anons edir ki, bunlar yeni yaradılmış
siyasi partiyalara qarşı cinayət məsuliyyətini genişləndirəcək.
Dinc etirazçıların həbsi davam edir... Ədalət olmayacaqsa, sülh də
olmayacaq.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.