Kobaxidze Parlament qarşısındakı aksiyaları İran səfirliyi önündə keçirilən və “Xamenei, əmrini yerinə yetirməyə hazıram” şüarı səsləndirilən toplaşma ilə müqayisə edib
“Gürcü Arzusu” hökumətinin rəhbəri İrakli Kobaxidze parlament binası qarşısında keçirilən fasiləsiz pro-Avropa aksiyalarının iştirakçılarını ötən şənbə İran səfirliyinin qarşısında toplaşmış və “Xamenei, əmrini yerinə yetirməyə hazıram” şüarı səsləndirən insanlarla müqayisə edib.

“Gürcüstan Parlamentinin qarşısında bəzən yüzə yaxın adam toplaşır və Gürcüstan dövlətinə qarşı bəyanatlar verir. Bütün bunlar idarə olunmağa ehtiyac duyur”, – deyə o bildirib.

O, bu sözləri jurnalistin belə sualına cavab olaraq deyib:

“Əsl problem o deyil ki, İran səfirliyi qarşısında yüzə yaxın insan toplaşaraq bu cür çağırışlar edir? Dövlət Təhlükəsizliyi Xidməti bununla maraqlanmalı deyilmi?”

İran səfirliyi qarşısındakı toplaşma
  • 7 mart şənbə günü Gürcüstanda İran İslam Respublikasının səfirliyinin qarşısında etnik azərbaycanlı Gürcüstan vətəndaşları toplaşaraq Ayətullah Əli Xameneinin şəkillərini qaldırıb və başsağlığı veriblər.
  • Onlar həmçinin belə şüar səsləndiriblər: “Xamenei, əmrini yerinə yetirməyə hazıram!”
Rustaveli prospektində davam edən aksiyalar
  • 2024-cü il 28 noyabrdan etibarən Tbilisidə Rustaveli prospektində aksiyalar keçirilir.
  • Aksiya iştirakçıları “Gürcü Arzusu” hökumətinin xarici siyasətini tənqid edir, hökumət və parlamenti legitim saymadıqlarını bildirir, yeni seçkilər keçirilməsini və aksiyalar zamanı həbs olunan iştirakçıların azad edilməsini tələb edirlər.
  • Hökumət isə bu pro-Avropa və anti-hökumət aksiyalarını “dövlət çevrilişinə cəhd” adlandırır.
Kobaxidze Əl-Mustafa Universitetinin filialı haqqında nə deyib
“[Əl-Mustafa Universitetinin] lisenziyasız filialı Marneulidə deyilmi?” sualına Kobaxidze belə cavab verib:

“Bir insan çıxıb hətta avtorizasiyası olmayan bir universitet haqqında danışanda və bununla dövlətə nəsə ittiham etməyə çalışanda, bu artıq xarici agent olmağın nə qədər ağır vəziyyət olduğunu göstərir.”

O, bu
sözləri keçmiş müdafiə naziri Tina Xidaşeliyə cavab olaraq deyib. Xidaşeli 4 martda “TV Pirveli” telekanalının efirində Gürcüstanda fəaliyyət göstərən Əl-Mustafa “Beynəlxalq Universitetinin” filialı haqqında danışmışdı.
  • Bu filial ölkədə təxminən 15 ildir fəaliyyət göstərir, lakin Təhsil Nazirliyinin akkreditasiyasına malik deyil.
  • Universitet casusluq fəaliyyəti və ekstremizmin təbliği ilə bağlı ABŞ və Kanada tərəfindən sanksiyalara məruz qalıb.
Dövlət Təhlükəsizliyi Xidməti bir neçə şəxsi dindirib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti, ehtimal ki, İranla bağlı edilən ictimai bəyanatlara görə, dindirməyə çağırıb:
  • keçmiş müdafiə naziri Tina Xidaşelini
  • keçmiş deputatlar Qiorqi Kandelaki, Qivi Tarqamadze və Qubaz Sanikidzeni
  • həmçinin Baş Qərargahın keçmiş rəisi, general-mayor Vaxtanq Kapanadzeni
Xidaşeli, Kandelaki, Sanikidze və Kapanadze artıq dindirilib. Qivi Tarqamadze isə hazırda xaricdədir.

Regiondakı gərgin fon
Gürcüstanda baş verən bu hadisələr Yaxın Şərqdə artan gərginlik fonunda baş verir. Bu gərginlik:
  • ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən,
  • Ayətullah Əli Xameneinin öldürülməsindən,
  • daha sonra isə İran və onun “proksi” qüvvələrinin müxtəlif ölkələrdə həyata keçirdiyi hücumlardan sonra güclənib.
Bu qarşıdurmanın təsiri Cənubi Qafqaz regionuna da çatıb:
  • Naxçıvan hava limanına hücum olub və Bakı bu hadisəyə görə Tehrandan rəsmi üzr tələb edir;
  • 6 martda Azərbaycan bəyan edib ki, İranla əlaqəli bir şəbəkə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hücum planlaşdırırmış və bu plan təxminən 10 nəfərin saxlanılması ilə qarşısı alınıb.
Eyni zamanda Gürcüstandakı İran səfiri, Azərbaycandan və neft kəmərinə hücum planından açıq şəkildə bəhs etmədən, belə yazıb:

“Düşmənin hərbi hədəflərinə cavab vermək müdafiə çərçivəsində mümkün olduğu halda, niyə gizli və diversiya xarakterli fəaliyyətlərə ehtiyac olsun? İran İslam Respublikası təhlükəsizlik və müdafiə sahəsində hər zaman məsuliyyətli və şəffaf yanaşmanı vurğulayıb. Bununla belə aydındır ki, İranın infrastrukturlarına hər hansı hücum birbaşa, proporsional və qəti cavabla qarşılanacaq.”

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google