Mdinaradze vitse-polkovnik oldu
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradzeyə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib.

İrakli Kobaxidzenin imzaladığı sərəncama əsasən, Mdinaradze “dövlət təhlükəsizliyi vitse-polkovniki” rütbəsini alıb.

Sərəncamda deyilir:

“Gürcüstanın ‘Dövlət xüsusi rütbələri haqqında’ qanununun 5⁶-cı maddəsi, 7-ci maddəsinin 2¹-ci bəndi və 8-ci maddəsinə əsasən, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, dövlət təhlükəsizliyi mayora Mamuka Mdinaradzeyə vaxtından əvvəl növbəti yüksək
xüsusi rütbə – ‘dövlət təhlükəsizliyi vitse-polkovniki’ verilsin.”


Mamuka Mdinaradze DTX-də 2025-ci il 3 sentyabrda vəzifəyə təyin edilib. Beləliklə, o, cəmi 6 ay ərzində vitse-polkovnik rütbəsinə yüksəlib. Hazırda “dövlət təhlükəsizliyi generallığı”na qədər ona yalnız polkovnik rütbəsi qalır.

DTX-də maaşlar artırılıb
1 fevraldan etibarən Dövlət Təhlükəsizliyi Xidmətində maaşlar artırılıb. Artım həm vəzifə maaşlarına, həm də rütbə üzrə aylıq əlavələrə şamil olunub.

Kobaxidzenin imzası ilə DTX-də maaşlar ötən ilin dekabrında da artırılmışdı.

4 fevral 2026-cı il tarixli yeni qərara əsasən, DTX rəhbəri Mamuka Mdinaradzenin maaşı 1 fevraldan etibarən ümumilikdə 15 945 lari olacaq.
  • bunun 15 690 larisi vəzifə maaşı,
  • 255 larisi isə rütbə üzrə əlavədir.
Yanvar ayında isə Mdinaradzenin maaşı 15 170 lari idi:
  • 14 940 lari vəzifə maaşı,
  • 230 lari rütbə əlavəsi.
Beləliklə, DTX rəhbəri kimi Mdinaradzenin vəzifə maaşı ötən illə müqayisədə 2 110 lari artıb.

DTX-də əməkdaşlar maaşla yanaşı rütbə üzrə əlavə ödənişlər də alırlar və bu məbləğlər də artırılıb.

DTX rəhbərinin aylıq vəzifə maaşı onun rütbəsindən asılıdır. Məsələn, 4 fevral qərarına görə:
  • rütbəsi olan rəhbər üçün aylıq vəzifə maaşı 15 690 lari,
  • rütbəsi olmayan rəhbər üçün isə 14 340 lari müəyyən edilib.
Mdinaradzeyə verilən əvvəlki rütbələr
İrakli Kobaxidze Mamuka Mdinaradzeyə 26 oktyabr 2025-ci ildə vaxtından əvvəl dövlət təhlükəsizliyi mayoru rütbəsini vermişdi.
Bundan əvvəl isə:
  • 3 sentyabrda – dövlət təhlükəsizliyi leytenantı,
  • 23 oktyabrda – baş leytenant,
  • 25 oktyabrda – kapitan rütbəsi verilmişdi.
Rütbə üzrə əlavələrin məbləğləri də 1 fevral 2026-cı ildən etibarən artırılıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google