İran: Neft blokadası hücumlar dayananacan davam edəcək
ABŞ və İsrail hücumları davam edərsə, Yaxın Şərqdən "bir litr belə" neftin göndərilməsinə icazə verilməyəcək. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) martın 10-da bildirib. ABŞ prezidenti Donald Tramp isə cavabında xəbərdarlıq edib ki, İran enerji hasilatçısı olan regiondan ixracı bloklasa, ABŞ İrana daha sərt zərbələr endirəcək.

"Bu müharibənin sonunu biz müəyyən edirik", – SEPAH-ın sözçüsü
deyib və Trampın şərhlərini "cəfəngiyat" adlandırıb. Bu haqda dövlət mediası yazır.

Tramp isə daha sonra "Truth Social" postunda xəbərdarlığını təkrarlayıb: "İran Hörmüz boğazından neft axını dayandıracaq addım atsa, Birləşmiş Ştatlar onları indiyədək etdiyindən İYİRMİ DƏFƏ BƏRK vuracaq".

Bu boğazdan dünya neft tədarükünün 1/5-i daşınır.

Tramp bir gün öncə deyib ki, ABŞ İranın hərbi qüvvələrinə ciddi ziyan vurub. O, münaqişənin əvvəlcədən dediyi kimi dörd həftədən xeyli öncə başa çatacağını proqnozlaşdırıb. Ancaq Tramp indiyədək necə bir qələbə gözlədiyini izah etməyib.

İsrail müharibədə məqsədinin İrandakı dini rəhbərlik sistemini devirmək olduğunu bildirir. ABŞ rəsmiləri isə deyirlər ki, Vaşinqtonun məqsədi İranın raket imkanlarını və nüvə proqramını məhv etməkdir.

İranın BMT-dəki səfirinin sözlərinə görə, ABŞ və İsrail fevralın 28-də İrana hava və raket zərbələri endirməyə başlayandan İranda azı 1 min 332 dinc vətəndaş həlak olub, minlərlə insan yaralanıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google