Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı
hazırlanmaqda olan 20-ci sanksiya paketindən çıxarıb.
Bunu Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan
Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə məktubunda
yazır. Məktubda qeyd olunur ki, Gürcüstan hakimiyyəti və
Azərbaycanın SOCAR dövlət şirkəti fəaliyyətlərini "ciddi şəkildə"
Aİ-nin müvafiq sanksiyalarına uyğun həyata keçirmək öhdəliyi
götürüblər. "Exo Kavkaza" AzadlıqRadiosunun gürcü xidmətinin
də
əldə etdiyi məktub barədə yazır.
Məktubda deyilir ki, Aİ Rusiyanın enerji resurslarından asılılığını
azaltmaq üzərində işləyir, bu məqsədlə Rusiya neft məhsullarının
ixracını məhdudlaşdırmaq üçün tədbirləri gücləndirir. Rusiya və
üçüncü ölkələrdə yerləşən, sanksiyalardan yan keçməklə bu
fəaliyyətləri dəstəkləyən əməliyyatlara qadağa tətbiq edilir.
Gürcüstanda yerləşən Kulevi limanının ilkin mərhələdə 20-ci
sanksiya paketinə salınması nəzərdən keçirilirdi. Bu, limanın
Rusiyanın neftinin dəniz yolu ilə daşınmasındakı rolu, "kölgə
donanması"na aid tankerlərin limana daxil olması ilə bağlı idi.
Məktubda bildirilir ki, Gürcüstan hakimiyyəti və limanın
operatorunun öhdəliklər götürməsi ilə vəziyyət yenidən
qiymətləndirilib.
"Gürcüstan tərəfi Aİ-nin sanksiya siyahısında yer almış
gəmilərin ölkə limanlarına daxil olmasına və xidmət almasına icazə
verməmək öhdəliyi götürüb. SOCAR isə fəaliyyətini Aİ-nin
sanksiyalarına tam uyğun şəkildə həyata keçirəcəyini bildirib.
Buraya Rusiya xam nefti və bu neftdən istehsal olunan məhsulların
idxalına qadağalar, maksimum qiymət həddi qaydalarına riayət etmək
daxildir", – Devid O'Sallivan yazır.
Xatırlatma
Kulevi limanının sanksiya siyahısında yer alacağı ehtimalı fevralda
yayılıb. Onda media yazmışdı ki, İtaliya və Macarıstan limanın
sanksiya paketinə salınmasına qarşı çıxıblar. Mümkün sanksiyalar
isə limanın Rusiyaya bağlı xam neft və neft məhsullarının daşınması
üçün istifadə olunması ilə əsaslandırılırdı.
Gürcüstanın baş naziri İrakli Kobaxidze sonradan jurnalistlərə
deyib ki, hakimiyyət Avropa Komissiyasına Kulevi limanı haqda tam
məlumat təqdim edib, bu məlumatlar limanda sanksiya rejiminin
pozulmadığını təsdiqləyir.
Ötən ilin oktyabrında "Reuters" agentliyi Rusiyanın "Russneft"
şirkətinin Kulevidə yeni tikilmiş neft emalı zavoduna ilk neft
partiyasını göndərdiyini yazıb. Sonradan Böyük Britaniya həmin
şirkətə sanksiyalar tətbiq edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.