Yaxın Şərqdəki müharibənin indiyədək yeganə qalibi Rusiya olub.
Səbəb isə enerji qiymətlərinin artması, Ukraynadakı təcavüzkar
müharibəyə diqqətin azalmasıdır. Bunu martın 10-da Avropa İttifaqı
(Aİ) Şurasının prezidenti Antoniu Koşta deyib.
"İndiyədək bu müharibənin bircə qalibi var, o da
Rusiyadır", – Koşta Brüsseldə Aİ səfirləri qarşısında
çıxışında deyib.
"Enerji qiymətlərinin qalxması Rusiyaya Ukraynadakı
müharibəni maliyyələşdirməyə əlavə resurslar qazandırır. Rusiya
Ukraynaya göndərilə biləcək hərbi imkanların başqa səmtə
yönəlməsindən də faydalanır. Bundan əlavə, Yaxın Şərqdəki
münaqişənin diqqət mərkəzinə gəlməsi Ukrayna cəbhəsinə diqqəti
azaldıb", – Koşta vurğulayıb.
Onun sözlərinə görə, Aİ beynəlxalq qaydalara əsaslanan nizamı
qorumalıdır, hazırda ABŞ bu düzənə meydan oxuyur. Koşta Yaxın
Şərqdə bütün tərəflərin danışıqlar masasına qayıtmasının
vacibliyini də qeyd edib.
"Azadlıq və insan hüquqları bombalarla əldə edilə
bilməz. Onları yalnız beynəlxalq hüquq qoruyur", – o
deyib.
Koşta daha böyük eskalasiyanı önləməyin vacibliyindən danışıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.