İsrailin 12-ci kanalı mənbələrə istinadən xəbər verir ki, ötən gecə
İsrail Hərbi Hava Qüvvələrinin
hücumunun hədəfləri arasında Tehranda İran rejiminə məxsus nüvə
laboratoriyaları da olub.
Məlumata görə, laboratoriyalara endirilən zərbələr İran ərazisi
üzrə rejimin hərbi və strateji infrastrukturuna qarşı həyata
keçirilən genişmiqyaslı hücum kampaniyasının bir hissəsi olub.
İsrailli yüksək vəzifəli şəxslərin sözlərinə görə, son
əməliyyatların məqsədi İranın nüvə və raket imkanlarına zərər
vurmaqdır. Əvvəlki hücumlar zamanı isə ABŞ və İsrailin zərbələrinin
hədəfi
İranın nüvə proqramı ilə əlaqəli obyektlər olub.
Eyni zamanda, Vantor şirkətinin yaydığı peyk görüntüləri göstərir
ki, İsrailin zərbələri nəticəsində Tehranın cənub-şərqində yerləşən
hava hücumundan müdafiə bazaları, eləcə də Pərçin bölgəsindəki
obyektlər zədələnib. Pərçin İranın ən iri və ən ciddi şəkildə
məxfiləşdirilmiş hərbi komplekslərindən biri hesab olunur. İsrail
bu kompleksə 2024-cü ilin oktyabrında da zərbələr endirmişdi.
Bundan əlavə, peyk görüntüləri İsrail hücumları nəticəsində
İmamşəhrdə yerləşən ballistik raket istehsalı müəssisəsində də
zərər yarandığını göstərir.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Efi Defrin həftəsonu
İmamşəhrdəki obyektə zərbə endirildiyini təsdiqləyib. Onun
sözlərinə görə, bu obyekt
“İsrail dövlətinə və region
istiqamətində buraxılan raketlərin əhəmiyyətli hissəsinin
istehsalına cavabdehdir.”
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.