2025-ci ildə Gürcüstanda ən böyük investisiyalar edən Top-10 şirkət
2025-ci ildə Gürcüstanda birbaşa xarici investisiyaların həcmi artıb. Statistika Komitəsinin ilkin məlumatlarına görə, ötən il investisiyaların ümumi həcmi 1,688 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 7,6 faiz çoxdur. Artım əsasən birbaşa xarici investisiyaların iki komponenti – səhmdar kapitalı və reinvestisiyaların artması ilə bağlıdır.

Komitənin məlumatına görə, 2025-ci ildə ən böyük
üç sektorun payı ümumi birbaşa xarici investisiyaların 56,8 faizini təşkil edib. Ən çox investisiya maliyyə və sığorta sektoru üzrə olub – 607 milyon dollar, bu da ümumi investisiyaların 35,9 faizini təşkil edir. İkinci yerdə daşınmaz əmlak sektoru var – 185,7 milyon dollar (11 faiz), üçüncü isə nəqliyyat sektoru – 166,1 milyon dollar (9,8 faiz) investisiya ilə seçilib.

2025-ci ildə ən böyük birbaşa xarici investisiyalar edən 10 şirkət belədir:
  • IDES Borjomi Georgia, IDES Borjomi Beverages Company-nin Gürcüstan filialı – (Niderland)
  • MagtiCom LLC – (ABŞ)
  • Tbilisi Energy LLC – (Marşal Adaları)
  • TAV Urban Georgia LLC – (Birləşmiş Krallıq/Türkiyə)
  • Georgian Cement LLC – (Niderland)
  • Silk Road Group Holding LLC – (Malta)
  • Aqualia Georgia LLC – (İspaniya)
  • AJ Development Georgia LLC – (ABŞ)
  • BIGEO Group JSC – (Birləşmiş Krallıq)
  • SOCAR Midstream Operations LLC, SOCAR-ın Gürcüstan filialı – (Azərbaycan)
Qeyd edək ki, şirkətlər burada investisiya həcminə görə sıralanmayıb.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google