İranın polis rəisindən xəbərdarlıq
Regional müharibədə Tehranın düşmənlərini dəstəkləyən etirazçılarla nümayişçi kimi yox, düşmən kimi davranılacaq. AFP-nin yazdığına görə, belə xəbərdarlıqla İranın baş polis rəisi Əhməd-Rza Radan çıxış edib.

Onun sözlərinə görə, İslam Respublikasını müdafiə etmək üçün təhlükəsizlik qüvvələrinin "barmaqları tətikdədir".

İlin əvvəlində İranda iqtisadi narazılıqlarla başlayan etirazlar amansızlıqla yatırılıb. Rəsmilər iğtişaşlarda 3 mindən çox insanın öldüyünü deyirlər. Hüquq müdafiə
qrupları itki sayının daha yüksək olduğunu bildirir.

Rəsmilər ABŞ və İsraillə münaqişə gərginləşdikcə, etiraz aksiyalarının yenidən baş qaldıra biləcəyindən ehtiyatlanırlar.

+++

"Amerika ordusu martın 10-da İranın çoxsaylı donanma gəmisini məhv edib. Hörmüz boğazı yaxınlığında 16 minadüzən gəmi də onların içindədir". Bunu ABŞ Mərkəzi Komandanlığı X postunda yazıb.

Bundan bir neçə saat öncə ABŞ prezidenti Donald Tramp İrana Hörmüzü minalamaqla bağlı xəbərdarlıq edib, belə addımın ağır cavab tədbirlərinə səbəb olacağını bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google