Son 2 gündə ölkədə qanunsuz odlu silah saxlama ittihamı ilə 51 nəfər saxlanılıb
Son iki gün ərzində ölkə üzrə keçirilən polis və profilaktik tədbirlər nəticəsində hüquq-mühafizə orqanları onlarla qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddə aşkar edərək müsadirə edib. Ümumilikdə 51 nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu tədbirlər məhkəmə qərarı əsasında Tbilisidə və ölkənin müxtəlif regionlarında keçirilib.

Polis saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı tikililərdə və
avtomobillərində aparılan axtarış zamanı çoxlu sayda odlu və avtomatik silah, əl qumbaraları, daraqlar, yüzlərlə patron və partlayıcı maddələr maddi sübut kimi götürüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, keçirilən polis və profilaktik tədbirlər nəticəsində ölkədə həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərin sayı azalıb. Nazirlik qeyd edir ki, vətəndaşların təhlükəsizliyinin qorunması qurumun əsas prioritetlərindən biridir və cinayətlərin qarşısının alınması istiqamətində işlər gələcəkdə də davam etdiriləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google