Tbilisi Apellyasiya Məhkəməsi dövlət büdcəsi vəsaitlərinin
mənimsənilməsi işi üzrə birinci instansiya məhkəməsinin qərarını
qüvvədə saxlayıb.
Qərara əsasən, məhkum olunmuş şəxslər – Gürcüstanın sabiq
prezidenti Mixeil Saakaşvili və onun keçmiş mühafizə rəisi Temur
Canaşiya dövlətin xeyrinə təxminən 9 milyon lari ödəməlidirlər.
2025-ci il 29 sentyabr tarixində Tbilisi Şəhər Məhkəməsi Maliyyə
Nazirliyinin mülki iddiasını təmin etmiş və eks-prezidentlə
yanaşı
onun keçmiş mühafizə rəisi Temur Canaşiyanı dövlət büdcəsinə
ümumilikdə təxminən 9 milyon lari ödəməyə məcbur etmişdi.
Mixeil Saakaşvili məhkəmənin qərarını anası Giuli Alasania
tərəfindən təsis edilmiş “Gürcüstan Universiteti” ilə
əlaqələndirir. O, məhkəmə prosesində bildirib ki, bu qərarla
universiteti bağlamağa çalışırlar. Saakaşvilinin sözlərinə görə,
onun mülkiyyəti 75 kvadratmetrlik evdən, bir yarım hektar üzüm
bağından və Kiyevdə yerləşən bir evdən ibarətdir.
Giuli Alasania isə bildirib ki, universitet onun oğlunun fəaliyyəti
ilə əlaqəli deyil və qanuna görə icra prosesində universitetin
müsadirə olunmasının mümkün olmadığını düşünür.
Mixeil Saakaşvili və Temur Canaşiya “pencək işi” üzrə 2025-ci il 12
martda təqsirli biliniblər.
Saakaşvili böyük məbləğdə vəsaiti dəfələrlə mənimsəməkdə təqsirli
bilinərək 9 il azadlıqdan məhrum edilib.
Temur Canaşiya isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə
təqsirli bilinib və ona 300 min lari məbləğində cərimə tətbiq
olunub.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.