Gürcüstanın torpaq resursları haqqında məlumatlar artıq
ictimaiyyət üçün əlçatan olub.
Bu barədə Torpağın Dayanıqlı İdarə Edilməsi və Torpaqdan
İstifadənin Monitorinqi üzrə Milli Agentliyin dərc etdiyi məlumatda
bildirilir.
Məlumata əsasən, məlumatların analizi və vizuallaşdırılması
platforması olan "Power BI" ilə Gürcüstanın torpaq fondu haqqında
geoməkan məlumatlarının inteqrasiyası sayəsində torpaq resursları
barədə analitik məlumatları interaktiv rejimdə əldə etmək mümkün
olub.
Microsoft şirkəti tərəfindən yaradılan Power BI
biznes-analitika platformasının əsas məqsədi müxtəlif mənbələrdən
daxil olan məlumatların toplanması, emalı, analizi və vizual
şəkildə təqdim edilməsidir.
"Məlumatlar həm kənd təsərrüfatı, həm də qeyri-kənd
təsərrüfatı təyinatlı torpaqların sahələri və regionlar üzrə
bölgüsü haqqında informasiyanı əhatə edir. Platforma istifadəçilərə
yenilənən məlumatları vahid məkanda həm statik cədvəllər, həm də
interaktiv qrafiklər, diaqramlar və müqayisəli analiz formasında
əldə etmək imkanı verir.
Statistik məlumatlar Avropa İttifaqı tərəfindən
hazırlanmış və Avropada torpaqdan istifadə məlumatlarının vahid
standartla qeydiyyatı və müqayisəsi üçün geniş istifadə olunan
CORINE Land Cover (Torpaq Örtüyünün Təsnifatçısı) sisteminə
əsaslanır. Bu təsnifatçı Gürcüstanın məlumatlarını beynəlxalq
datalarla uyğunlaşdırır", – deyə məlumatda qeyd
olunur.
Agentliyin bildirdiyinə görə, torpaq resurslarının analizinə asan
çıxış imkanı dövlət qurumlarına, biznes sektoruna və investorlara
qərarların qəbulu və layihələrin planlaşdırılmasında kömək edəcək.
Həmçinin tələbələr, tədqiqatçılar və media nümayəndələri üçün
informasiyanın əldə olunmasını asanlaşdıracaq.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.