Martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı
Metin Tokelin rəhbərlik etdiyi
nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına (MR) səfər
edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO)
Qərargahında olublar.
M.Tokel bölgədə sabitliyin gücləndirilməsi, təhlükəsizliyin tam
təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında
olduğunu, Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq, istənilən
hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.
Şuşa bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində iki ölkə
arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış
sənəddir.
Bu səfərdən öncə, martın 5-də Naxçıvana dron hücumu olub.
Azərbaycan hakimiyyəti dörd nəfərin xəsarət aldığı bu hücuma görə
İranı günahlandırıb. Amma İran rəsmiləri bu məsələdə əllərinin
olmasını təkzib ediblər.
10 mart
Azərbaycan İrana humanitar yardım göndərir
Azərbaycandan İrana humanitar yardım göndərilir. AZƏRTAC-ın
xəbərinə görə, yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri
vasitəsilə yola salınır.
Humanitar
yardımın tərkibinə 30 tona yaxın qida məhsullarının daxil
olduğu açıqlanıb. Yardıma 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4
tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona
yaxın dərman və tibbi ləvazimatlar daxildir.
9 mart
Azərbaycanla İran arasında yüklərin daşınması bərpa
olunub
Azərbaycan ilə İran İslam Respublikası arasında dövlət sərhədindən
bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə
giriş-çıxış martın 9-u saat 10:00-dan bərpa olunur.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən
bildirilib.
Martın 5-də Azərbaycan İranla sərhəddə yük maşınlarının hərəkətini
dayandırmışdı. Buna səbəb kimi həmin gün Naxçıvana dron hücumları
göstərilirdi. Prezident İlham Əliyev baş verənlərə görə İranı
günahlandırmışdı.
Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edilib
"Azərbaycan Hava Yolları" (AZAL) martın 9-dan etibarən Bakıdan
Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib. Bu barədə
AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Martın 5-də Naxçıvan Muxtar Respublikasına (MR) dron hücumlarından
sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün birbaşa
reyslər ləğv olunmuşdu.
Əvəzində Bakıdan Naxçıvana gedəcək ölkə vətəndaşları Türkiyənin
qonşu İğdır şəhərinə uçur, oradan isə avtobuslarla Naxçıvana
qayıdırdılar.
Naxçıvan MR ilə Azərbaycanın digər ərazilərinin quru sərhədi
yoxdur.
8 mart
Pezeşkian Əliyevə zəng edib
Martın 8-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian
Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC-ın xəbərinə görə, Pezeşkian Naxçıvanın havadan atəşə
tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək
hadisənin araşdırılacağını bildirib.
Xəbərə görə, Əliyev də hadisənin araşdırılmasının vacibliyini
vurğulayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi
layihələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi
aparıblar.
Azərbaycanla İran, əsasən, nəqliyyat, energetika və iqtisadi
sahələrdə birgə layihələr həyata keçirir. Əsas layihələrə Araz çayı
üzərində Xudafərin, Qız Qalası hidroqovşağının tikintisi,
"Şimal-Cənub" nəqliyyat dəhlizi daxildir.
ABŞ-dan dəstək "Amerika Birləşmiş Ştatları İran rejiminin 5 mart
tarixində Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbi hədəf
alan səbəbsiz dron hücumunu qətiyyətlə pisləyir".
ABŞ-nin Azərbaycandakı səfirliyinin martın 8-də yayılan
açıqlamasında belə bildirilir.
Vurğulanır ki, "bu zərbələr Azərbaycanın suverenliyinin
kobud şəkildə pozulması olmaqla yanaşı, İranın təcavüzkar
davranışının əsassız şəkildə eskalasiyasıdır".
"Amerika Birləşmiş Ştatları bu təhdidlər qarşısında Azərbaycanla
tam həmrəylik nümayiş etdirir. Bölgədəki tərəfdaşlarımızın
ərazisinə qarşı hücumlar qəbuledilməzdir və belə hallara ABŞ-ın
həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə cavab
veriləcək", - açıqlamada deyilir.
6 mart
Azərbaycan İrandakı diplomatlarını təxliyə edir "Əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı
səfirliyimizin və Təbrizdəki baş konsulluğumuzun evakuasiyası
barədə göstəriş verilib". AZƏRTAC-ın xəbərinə görə,
bunu martın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
bildirib.
5 mart
Əraqçi Bayramova zəng vurub
Martın 5-də İran İslam Respublikasının xarici işlər naziri Abbas
Əraqçi Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə,
Bayramov İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə
dron hücumlarını pisləyib, bu hücumlarla bağlı qəti etirazını
bildirib.
"İran naziri Naxçıvan ərazisinə dron hücumları ilə
bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu
hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri
yaralanan mülki şəxslərə şəfa diləyib", - məlumatda
vurğulanıb.
"İran tərəfindən hücumla bağlı üzr istənilməsini,
araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat
verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri
tədbirlər görülməsini gözlədiyimiz diqqətə
çatdırılıb", - Azərbaycan XİN-in məlumatında əlavə
edilib.
Azərbaycan və Türkiyə prezidentləri danışıb
Martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı
həmkarı İlham Əliyevə zəng edib.
President.az saytının məlumatına görə, Türkiyə prezidenti İran
İslam Respublikası tərəfindən Naxçıvana dron hücumunu qınadığını
deyib, Azərbaycan xalqına dəstəyini ifadə edib.
Naxçıvana dronla zərbələr endirilib
Martın 5-də Naxçıvan şəhər aeroportu dronla vurulub. Bu barədə
muxtar respublika sakinləri bildirib.
Daha bir neçə dronun digər yerlərə düşdüyü vurğulanır.
"Reuters" Azərbaycan hökumətinə yaxın mənbəyə istinadla yazır ki,
İrandan Naxçıvan aeroportu yaxınlığına raket və dronlar düşüb.
Naxçıvan Beynəlxalq Aeroportu İranla sərhəddən 10 km məsafədə
yerləşir.
Naxçıvan sakinləri AzadlıqRadiosuna deyib ki, muxtar respublikada
ali və orta məktəblərdən valideynlərə təcili gəlib uşaqlarını
götürmək tapşırılıb. "Polis insanları sıx, bir yerə
toplaşmağa qoymur. Onları evlərinə getməyə, təhlükəsizlik
qaydalarına əməl etməyə çağırır", - sakinlərdən biri
vurğulayıb.
Naxçıvanda dron hücumu ilə bağlı cinayət işi
başlanıb
Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi
başlanıb.
Baş Prokurorluğun məlumatına görə, "Naxçıvan Beynəlxalq
Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan
vurulub... Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata
keçirməli olan təyyarə havada olarkən təhlükəsizlik məqsədilə Bakı
istiqamətində geri qayıtmağa məcbur olub".
"Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai
istintaq aparılır", - Baş Prokurorluq əlavə edib
Hadisə nəticəsində dörd mülki şəxsin xəsarət aldığı bildirilir.
Onlardan üçünün hava limanının əməkdaşı, birinin isə sərnişin
olduğu vurğulanır.
Tehran Azərbaycanı hədəfə almadığını bildirir "Tehran qonşu ölkələri hədəfə almır".
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "AnewZ"
televiziyasına müsahibəsində deyib. O, Naxçıvan aeroportunun
dronlarla vurulması xəbərini belə şərh edib. "Yalnız
düşmənlərimizin hərbi bazaları olan ölkələr hədəfə
alınacaq", - Qəribabadi bildirib.
Nazir müavini bu insidentlə bağlı xəbərləri araşdıracağını
sözlərinə əlavə edib.
Bundan öncə İranın Silahlı Qüvvələri Azərbaycanın dronlarla hədəfə
alınması xəbərlərini təkzib edib.
Iran’s Deputy Foreign Minister Kazem Gharibabadi has responded to reports that drones struck Nakhchivan International Airport in Azerbaijan, saying Tehran does not target neighbouring countries and that the incident must be investigated.
AMN İranın dörd dron yönəltdiyini deyir
Azərbaycan Müdafiə Nazirliyi (AMN) İran tərəfinin təkzibini məqbul
saymır.
"Texniki vasitələrlə təsbit edilmişdir ki, İran Silahlı
Qüvvələri tərəfindən dörd pilotsuz uçuş aparatı Azərbaycanın
Naxçıvan bölgəsinə doğru hücum aktları törətmək üçün
yönləndirilib", - nazirlik vurğulayıb.
"Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan
çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs
saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını
hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib,
məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb", -
AMN əlavə edib.
Mirqədirov: "Azərbaycan və Türkiyə hadisələrin təhlükəli
gedişinə hazırlaşmalıdır" "Naxçıvan Muxtar Respublikasının beynəlxalq aeroportuna
dron hücumu təsadüf də ola bilər, vəziyyətin kəskin şəkildə
ağırlaşdırırılması ilə bağlı da". Bunu
AzadlıqRadiosuna siyasi icmalçı Rauf Mirqədirov deyib. Onun
fikrincə, məntiqlə İranın Türkiyə və Azərbaycana hücum etməsi ilə
bağlı hər hansı bir əsas yoxdur, onlar bitərəfliyi qoruyub
saxlamağa çalışırlar.
R.Mirqədirovun vurğulamasına görə, İranda rejimin devrilməsinə
İraqdakı kürd əsilli yaraqlıların qoşulmasına dair məlumatlar
eşidilir və bu da vəziyyəti gərginləşdirir: "Bu gün
Azərbaycanda çoxları İran rejimi üçün yas tutur. Yas tutmaq lazım
deyil. Mövcud təhdidləri nəzərə almaq lazımdır. Rejimin gec-tez
dağılacağının qaçılmaz olduğunu nəzərə alaraq, çoxdan hadisələrin
inkişafına hazır olmaq lazım idi. Bu, İranın parçalanmasına və ya
konfederasiyaya çevrilməsinə start verə biləcək
hadisədir".
R.Mirqədirova görə, baş verənlər Azərbaycan və Türkiyədən birlikdə
hadisələrin təhlükəli gedişinə hazırlaşmaq tələb edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.