"Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji,
rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf
etdirilməsinə olan birgə öhdəliyimizin bariz
əlamətidir".
Bunu martın 11-də Bakıda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurası
prezidenti Antoniu Koşta Azərbaycan prezidenti İlham Əliyev ilə
mətbuata birgə bəyanatlarında deyib.
"Təhlükəsizlik və insan haqları da daxil olmaqla,
mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə
hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx
əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik... Biz həmçinin
müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək
üçün yollar araşdırırıq", - o əlavə edib.
A.Koştanın sözlərinə görə, İrandakı müharibənin qlobal enerji
bazarlarını sarsıtdığı bir vaxtda enerji sahəsində hazırkı
tərəfdaşlıqlar heç zaman olmadığı kimi daha əhəmiyyətlidir:
"Prezident Əliyevin söylədiyi kimi, enerji
təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil
edir".
ABŞ və İsrail fevralın 28-də İrandakı hədəflərə zərbələr endirməyə
başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ
bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir. İstər
ABŞ, istərsə də bir sıra Qərb ölkələri İranın nüvə proqramını
təhdid sayır, bu ölkədə azadlıqların silah gücünə yatırılması
tənqidlərə səbəb olub. Lakin tərəflərin, əsasən, nüvənin
zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı illərlə
çəkən danışıqları nəticəsiz qalıb.
ABŞ-İsrail-İran müharibəsi neft və qazın bahalaşmasına səbəb
olub.
Əliyev: "Minimum 10 milyard kubmetr əlavə qazımız
olacaq"
Prezident Əliyev isə deyib ki, onlar üçün Avropa bazarı artım
potensialına malik ümumi qaz ixracının yarısını təşkil edir:
"Bugündən etibarən növbəti iki və ya üç il ərzində, -
əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə
müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız
olacaq".
Ötən il Azərbaycanda 51.5 milyard kubmetr təbii qaz hasil edilib.
Onun 25.2 milyard kubmetri ixrac olunub. 12.8 milyard kubmetri
Avropaya, 9.6 milyard kubmetri Türkiyəyə, 2.3 milyard kubmetri
Gürcüstana, 0.5 milyard kubmetr isə Suriyaya göndərilib.
Xatırlatma
Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində əməkdaşlıq edib. Proqrama Azərbaycandan başqa
Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus daxil idi.
Əvvəlcə Ukrayna, Moldova və Gürcüstanla assosiativ saziş
imzalayıblar. Sonradan onlara namizəd statusu verilib. Lakin
Gürcüstanda "xarici agentlər", cinsi azlıqlara dair mübahisəli
qanunlar və 2024-cü ildə kütləvi etirazlar doğuran parlament
seçkilərindən sonra bu ölkə ilə danışıqlar dayandırılıb.
Belarus isə lap əvvəldən Aİ ilə əməkdaşlığı dayandırmışdı.
Qalan ölkələrdən Ermənistanla isə illər öncə tərəfdaşlıq sazişi
imzalanıb. Azərbaycanla da hələ 2017-ci ildə belə danışıqlar
başlasa da, real nəticə yoxdur.
Müxalifət hesab edir ki, hakimiyyət bilərəkdən daşıqları uzadır,
çünki siyasi, iqtisadi islahatlara getmək istəmir, azadlıqları
boğur. Rəsmilər isə iddia edirlər ki, ölkədə bütün fundamental
hüquqlar qorunur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.