Ləğv edilən 3 mikromaliyyə təşkilatı kimə məxsusdur
Gürcüstanda üç mikromaliyyə təşkilatının qeydiyyatı ləğv edilib. Müvafiq əmri Gürcüstan Milli Bankının prezidenti Natia Turnava imzalayıb.

Daha dəqiq desək, “Bonako”, “RivalCredit” və “GFS Group” adlı mikromaliyyə təşkilatlarının qeydiyyatı ləğv olunub. Gürcüstan Milli Bankı hər üç şirkətin likvidatoru kimi Roin Tsatsiaşvilini təyin edib.

“BusinessPressNews” ləğv olunan mikromaliyyə təşkilatlarının kimə məxsus olduğunu təqdim edir.

“Bonako” Mikromaliyyə Təşkilatı MMC bazarda 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin 7,5 faizi Laşa Amağlobeliyə, qalan 92,5 faizi isə Lüksemburqda qeydiyyatdan keçmiş “Arcturus Global Fund” şirkətinə məxsusdur. Sahibkarlar reyestrində göstərilir ki, şirkətin likvidasiya prosesi artıq başlayıb.

“RivalCredit” Mikromaliyyə Təşkilatı MMC isə
bazarda 2011-ci ildən fəaliyyət göstərir. Reyestr məlumatına görə, bu şirkətin də likvidasiya prosesi başlanıb. “RivalCredit” şirkətinin 100 faiz payının sahibi David Axvledianidir.

“GFS Group” MMC-nin də likvidasiya prosesi artıq başlayıb. Şirkət 2017-ci ildə sahibkarlar reyestrində qeydiyyata alınıb və paylarının sahibi “L.A. Invest” MMC-dir. Qeyd edək ki, “L.A. Invest” şirkəti də 2017-ci ildə yaradılıb və onun 100 faiz payı Qırğızıstan vətəndaşı İbraqim Xarsanzaya məxsusdur.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google