Gürcüstanda 1,1 milyon biznes subyekti qeydiyyatdan keçib – onların hüquqi formalar üzrə bölgüsü necədir
2026-cı il 1 yanvar tarixinə olan məlumata görə, Gürcüstanda 1 102 139 biznes subyekti qeydiyyatdan keçib. Onlardan yalnız 294 573-ü aktiv statusa malikdir. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, qeydiyyatda olan bizneslərin təxminən 26,7 faizi aktivdir.

Xatırladaq ki, müəssisələr 2026-cı ilin aprel ayınadək qeydiyyat məlumatlarını “Sahibkarlar haqqında” qanunun tələblərinə uyğunlaşdırmalıdırlar.

Əgər 2026-cı il 1 aprel tarixinədək
müəssisə və ya filial məlumatlarını qanunun tələblərinə uyğunlaşdırmasa, onun qeydiyyatı dayandırılacaq.

Qanuna əsasən, bu öhdəlik 2022-ci il 1 yanvar tarixinədək qeydiyyatdan keçmiş aşağıdakı tip müəssisələrə şamil olunur:
  • məhdud məsuliyyətli cəmiyyətlər;
  • tam məsuliyyətli cəmiyyətlər;
  • səhmdar cəmiyyətləri;
  • komandit cəmiyyətlər;
  • kooperativlər;
  • xarici şirkətlərin filialları.
Bu tələb fərdi sahibkarlara və qeyri-kommersiya hüquqi şəxslərinə şamil edilmir.

“BusinessPressNews” müxtəlif hüquqi formalara görə Gürcüstanda neçə biznes subyektinin qeydiyyatdan keçdiyini araşdırıb. “Sakstat”ın məlumatına görə, göstəricilər belədir:
  • Fərdi sahibkarlar – 667 318 (onlardan aktiv: 201 111)
  • Kommersiya hüquqi şəxsləri – 388 887 (aktiv: 86 126)
  • Məhdud məsuliyyətli cəmiyyətlər – 376 987 (aktiv: 84 984)
  • Qeyri-kommersiya hüquqi şəxsləri – 33 925 (aktiv: 3 987)
  • Kooperativlər – 5 774 (aktiv: 165)
  • Publik hüquqi subyektlər – 5 306 (aktiv: 2 638)
  • Səhmdar cəmiyyətləri – 3 201 (aktiv: 844)
  • Tam məsuliyyətli cəmiyyətlər – 2 740 (aktiv: 117)
  • Komandit cəmiyyətlər – 185 (aktiv: 16)
  • Digər – 6 703 (aktiv: 711).

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google