Gürcüstan ərazisinin 41,5%-i meşələrlə örtülüdür – regionlar üzrə göstəricilər
Gürcüstanın ümumi ərazisi təxminən 5 milyon 771 min 274 hektar təşkil edir. Bu barədə məlumat Torpaqların Dayanıqlı İdarə Olunması və Torpaqdan İstifadənin Monitorinqi Milli Agentliyinin torpaq resursları üzrə statistikasında yer alıb.

Məlumatlara görə, ölkə ərazisinin böyük hissəsi – 3 milyon 226 min 439 hektar qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlardır. Qalan 2 milyon 544 min 835 hektar isə
kənd təsərrüfatı təyinatlı sahələrdir.

Statistikaya əsasən, Gürcüstan ərazisinin ən böyük hissəsini meşələr və yarımtəbii ərazilər təşkil edir. Bu tip torpaq resurslarının ümumi sahəsi təxminən 2 milyon 835 min 16 hektardır. Bunun içində yalnız meşələrin sahəsi 2 milyon 392 min 63 hektar təşkil edir ki, bu da ölkə ərazisinin 41,5 faizinin meşələrlə örtülü olduğunu göstərir.

Qeyd edək ki, regionlar üzrə meşə və yarımtəbii ərazilərin ən böyük payı Sameqrelo–Zemo Svaneti, Kaxeti və İmereti regionlarının payına düşür.

Regionlar üzrə meşə və yarımtəbii ərazilərin sahəsi belədir:
  • Sameqrelo – Zemo Svaneti – 471 569 hektar
  • Kaxeti – 408 499 hektar
  • İmereti – 398 585 hektar
  • Raça-Leçxumi – Kvemo Svaneti – 353 155 hektar
  • Mtsxeta-Mtianeti – 312 731 hektar
  • Samtsxe-Cavaxeti – 212 961 hektar
  • Acarıstan – 200 511 hektar
  • Kvemo Kartli – 188 501 hektar
  • Şida Kartli – 168 221 hektar
  • Quriya – 107 189 hektar
  • Tbilisi – 13 091 hektar.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google