İran Körfəz regionunda neft yataqları və neft daşımalarına
hücumlarını davam etdirir, dünyaya neftin barelinin 200 dollara
çata biləcəyinə bildirib.
Bu qiymət həddi gerçək olarsa, qlobal iqtisadiyyatda ciddi sarsıntı
yarada bilər.
Səudiyyə Ərəbistanı martın 12-də səhər saatlarında bildirib ki,
"Şayba" adlı nəhəng neft yatağına doğru uçan dron
zərərsizləşdirilib. ABŞ və İsrail fevralın 28-də İrana hava
zərbələrinə başlayandan bu
yataq tez-tez İranın hədəfinə gəlir.
Səudiyyə rəsmiləri bir gün öncə bildiriblər ki, müdafiə qüvvələri
krallığın ən mühüm yataqlarından biri olan bu yatağı hədəf alan bir
neçə dronu vurub. Səudiyyə Ərəbistanı İranın geosiyasi rəqibi
sayılır.
Bəhreyn isə martın 12-də bildirib ki, İran Mühərrəqdə bir obyektin
yanacaq çənlərini hədəfə alıb.
BMT Təhlükəsizlik Şurası martın 11-də Tehranın Körfəz ölkələrinə,
regiondakı digər dövlətlərə hücumlarını pisləyib, İranı bu
hücumları dərhal dayandırmağa çağırıb.
İraq yaxınlığında iki neft tankerinə hücumda azı bir ekipaj üzvü
həlak olub. Bağdad rəsmiləri bunu "təxribat" adlandırsa da, birbaşa
İranı ittiham etməyiblər. Təhlilçilər hadisəni partlayıcı
maddələrlə yüklənmiş İran yerüstü qayıqlarının törədə biləcəyini
deyiblər.
Həftənin əvvəlində neft sürətlə bahalanaraq bir bareli təxminən 120
dollara yaxınlaşıb, sonradan təxminən 90 dollara enib. Martın 11-də
tədarükün pozula biləcəyi sarıdan qorxular fonunda qiymətlər 5 faiz
yüksəlib.
İran dünyaya iqtisadi təzyiqi davam etdirəcəyinə söz verib.
"Neftin barelinin 200 dollara qalxacağına hazır olun,
çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır, bu
sabitliyi pozmuşunuz", – İran ordusunun sözçüsü
İbrahim Zülfüqari ABŞ-yə ünvanlanan açıqlamasında deyib.
ABŞ öz ehtiyatlarından bazara 172 milyon barel neft
çıxarır
ABŞ öz strateji ehtiyatlarından bazara 172 milyon barel neft
çıxaracaq. Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv 32 ölkənin isə
bazara toplam 400 milyon barel neft çıxarması nəzərdə tutulur.
Məqsəd enerji qiymətlərini aşağı salmaqdır.
BEA bildirib ki, üzv ölkələr qiymət artımını cilovlamaq niyyəti ilə
bazara 400 milyon barel neft buraxmağa razılaşıblar.
ABŞ və İsrailin İrana hava zərbələrindən və Tehranın Fars körfəzi
regiona cavab zərbələrindən sonra neft kəskin bahalanıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.