Paşinyan: İxrac üçün Gürcüstan–Azərbaycan dəmir yolundan da istifadə etməyi planlaşdırırıq
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edib.

Onun diqqət yetirdiyi məsələlərdən biri Ermənistan–Azərbaycan sülh sazişi və TRIPP (Trampın Sülh və Rifah Yolu – “Sülhün kəsişməsi” adlandırılan layihə) olub.

“Artıq səkkiz aydır ki, Ermənistan–Azərbaycan sərhədində tam sakitlik hökm sürür. 2025-ci il 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk il oldu ki, Ermənistan–Azərbaycan arasında atışmalar nəticəsində nə ölən,
nə də yaralanan oldu.

Artıq aylardır sərhəd bölgələrində yaşayan insanlar atəş səsləri eşitmirlər. Üstəlik, müstəqillikdən sonra ilk dəfə olaraq 2025-ci ilin noyabrında qatar Azərbaycan ərazisindən keçərək Gürcüstandan tranzit edib və Ermənistan Respublikasına çatıb. Təkrar edirəm: bu, 1991-ci ildən sonra ilk belə hadisədir.

Bu, Azərbaycan prezidentinin 2025-ci ilin oktyabrında Ermənistan istiqamətində Azərbaycan ərazisindən dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını bəyan etməsindən sonra baş verdi və bu qərara görə Azərbaycan prezidentinə təşəkkür edirəm.

Biz də öz növbəmizdə bildirdik ki, bu gündən etibarən Azərbaycandan Türkiyəyə və əks istiqamətdə tranziti təmin etməyə hazırıq, çünki mövcud yol şəbəkəmiz bunu etməyə imkan verir. Hələlik nə Azərbaycan, nə də Türkiyə bu imkandan istifadə edib.

Güman edirəm ki, səbəblərdən biri onların düşünməsidir ki, bu qərar TRIPP (Trampın Sülh və Rifah Yolu – “Sülhün kəsişməsi”) layihəsinin həyata keçirilməsini ləngidə bilər.

Bu tribunadan rəsmi şəkildə bəyan edirəm ki, Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsini gecikdirmək üçün nə niyyəti, nə də səbəbi var. Çünki bu layihə Ermənistan Respublikasının qısamüddətli, orta və uzunmüddətli maraqlarına tam uyğundur. O, Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və ya yurisdiksiyasına heç bir halda xələl gətirmir”,
– deyə Nikol Paşinyan bildirib.

2025-ci ilin avqustunda ABŞ prezidenti Donald Trump-un vasitəçiliyindən sonra Ermənistan Azərbaycanla tranzit razılaşmasına razılıq verib və sülh sazişi imzalanıb.
Azərbaycan Ermənistan ərazisində yerləşən Sünik bölgəsindən keçən nəqliyyat dəhlizinin açılmasını tələb edirdi. Bu dəhliz Azərbaycanın əsas hissəsini onun anklavı olan Naxçıvanla birləşdirməli idi. Naxçıvan isə Bakının müttəfiqi Türkiyə ilə həmsərhəddir.

Bu layihəni Azərbaycan prezidenti İlham Əliyev “Zəngəzur dəhlizi” adlandırırdı və xəbərdarlıq edirdi ki, əgər İrəvan buna razılaşmasa, məqsədə güc yolu ilə nail olacaqlar.
ABŞ vasitəçiliyindən sonra 2025-ci il 8 avqust tarixində ölkələr arasında sülh sazişi imzalanıb və yeni plan hazırlanıb – Amerika şirkətinin nəzarət edəcəyi tranzit marşrutu TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) adlandırılıb.

Bugünkü çıxışında Nikol Paşinyan həmçinin bildirib ki, Ermənistan bu gündən etibarən mövcud infrastrukturdan istifadə etməklə Kornidzor, Goris, Yeğeqnadzor və Erasx marşrutu üzrə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsini təmin etməyə hazırdır.

“Bu təklif heç bir halda Vaşinqton razılaşmalarını gecikdirmək, pozmaq və ya unutdurmaq məqsədi daşımır və bunu rəsmi şəkildə bəyan edirəm.

Biz bu təklifi ona görə irəli sürürük ki, Azərbaycan dəmir yolundan bir qədər alternativ marşrutla istifadə edək”,
– deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə əlaqənin qurulmasını gözlədiyi kimi, Ermənistan da Naxçıvan ərazisindən keçməklə ölkənin cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin bərpasını gözləyir.

“Bu dəmir yolunun Ermənistan üçün alternativi yoxdur. Ermənistanın dağlıq relyefi ölkənin cənubu ilə şimalı arasında başqa marşrutla dəmir yolu əlaqəsi yaratmağa imkan vermir. Gördüyünüz kimi, bu baxımdan Ermənistan və Azərbaycanın gözləntiləri bir-birinə zidd deyil”, – deyə Ermənistanın baş naziri bildirib.

Nikol Paşinyan çıxışı zamanı Gürcüstan–Azərbaycan dəmir yolunu da xatırladıb və Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə təşəkkür edib.

“Biz həmçinin ixrac üçün Gürcüstan–Azərbaycan dəmir yolundan istifadə etməyi planlaşdırırıq. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan Ermənistan üçün ixrac istiqamətinə də çevriləcək. Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir və bu, ölkəmizin bazarında neft məhsullarının qiymətlərinin ucuzlaşmasına səbəb olub, həmçinin onilliklər ərzində mövcud olan monopoliyaları sındırıb.

Həmçinin Ermənistan–Azərbaycan dəmir yolu əlaqəsinin bərpasına və ümumilikdə sülh prosesinə verdiyi dəstəyə görə Gürcüstanın baş nazirinə təşəkkürümü bildirmək istəyirəm”,
– deyə Nikol Paşinyan qeyd edib.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google