International Society for Fair Elections and Democracy (ISFED –
“Ədalətli Seçkilər”) təşkilatının məlumatına görə, hökumətyönlü TV
Imedi
və POSTV Böyük Britaniya tərəfindən sanksiyaların tətbiqindən sonra
Meta Platformsın sosial şəbəkə platformalarında öz məzmunlarını
reklam etməkdə məhdudiyyətlərlə üzləşiblər. Buna cavab olaraq isə
hər iki televiziya şirkəti “Facebook”da yeni səhifələr açmağa və
məzmunlarını həmin səhifələr vasitəsilə reklam etməyə çalışır.
Təşkilat
bildirir ki, bu media qurumlarına məxsus əsas Facebook
səhifələrində reklamların yerləşdirilməsi 25 fevral tarixində
dayandırılıb. Hər iki halda (10.03.2026 tarixli məlumatlara görə)
reklam kitabxanasında qeyd olunur ki, təşkilatların reklam
yerləşdirmə imkanları Metanın standartlarının pozulması səbəbindən
məhdudlaşdırılıb.
ISFED-in məlumatına görə, sanksiyalardan sonra mart ayında POSTV
iki, “İmedi” isə bir yeni Facebook səhifəsi yaradıb.
“Ədalətli Seçkilər” təşkilatı POSTV-yə məxsus iki yeni səhifə aşkar
edib. Bu səhifələr sanksiyalar tətbiq edildikdən sonra mart ayında
yaradılıb və Facebook-da reklamlar yerləşdirib. Səhifələr 4 mart
tarixində siyasi reklam yerləşdirmək hüququ əldə edib və bütün
reklamlar növbəti iki gün ərzində dərc olunub. Qeyd olunur ki, hər
iki səhifənin reklam kitabxanasında göstərilən qeydində (yəni
“disclaimer” hissəsində) eyni əlaqə məlumatları yer alıb.
Sponsorlu paylaşımlar vasitəsilə POSTV Ukrayna hakimiyyətini
nüfuzdan salmaq kampaniyasını davam etdirib. Bununla yanaşı,
sanksiyaya məruz qalan media Gürcüstanda fəaliyyət göstərən
müstəqil onlayn media təşkilatlarına qarşı da material hazırlayıb
və onları xarici qüvvələrin tapşırıqlarını yerinə yetirən qurumlar
kimi təqdim edib.
Hazırda POSTV-nin yeni səhifələrinin heç biri artıq tapılmır. Onlar
yalnız bir neçə gün aktiv olub və səhifələrin silinməsinin səbəbi
məlum deyil.
POSTV kimi, auditoriya cəlb etmək üçün Facebook reklamlarından
istifadə imkanlarını “İmedi” də araşdırır. Onun əsas səhifələrində
reklamların dayandırılmasından sonra 3 mart tarixində “İmedinin
tərəfdarları” adlı Facebook səhifəsi yaradılıb. Səhifə 5 mart
tarixində Meta platformasında reklam yerləşdirmək imkanını əldə
edib və həmin gün bir videonu sponsorlu şəkildə yayımlayıb.
Qeyd olunur ki, “İmedinin tərəfdarları” adı ilə eyni adlı məhdud
məsuliyyətli cəmiyyət 25 fevral tarixində dövlət reyestrində
qeydiyyatdan keçib. Şirkətin 100% pay sahibi və direktoru Nika
Kldiaşvilidir. O, televiziya kanalının sosial media istiqamətinə
rəhbərlik edir.
“Ədalətli Seçkilər” bildirir ki, təbliğat xarakterli bu media
qurumları Facebookda Gürcüstan üzrə reklam yerləşdirən ən iri
platformalardan biri olub.
ISFED-in məlumatına görə, son göstəricilərə əsasən, 2026-cı ilin
fevral ayında “İmedi” və POSTV öz səhifələrində bir aydan az
müddətdə təxminən 38 min ABŞ dolları dəyərində minə yaxın reklam
yayımlayıb. Metanın reklam kitabxanasının məlumatlarına görə isə
2020-ci ilin avqustundan 2026-cı il 25 fevral tarixinədək olan
dövrdə bu iki televiziya şirkəti müxtəlif səhifələr vasitəsilə Meta
reklamlarına ümumilikdə ən azı 786 305 ABŞ dolları xərcləyib. Bu
göstərici Gürcüstan mediası üçün rekord hesab olunur.
Böyük Britaniya təbliğat xarakterli TV Imedi və POSTV televiziya
kanallarına sanksiyalar tətbiq edib. Britaniya bildirir ki, hər iki
televiziya kanalı Rusiya dezinformasiyasının yayılmasında iştirak
edir.
Sanksiyalara əsasən, hər iki televiziya kanalına aşağıdakı
məhdudiyyətlər tətbiq olunur:
- aktivlərin dondurulması;
- etibarnamə (trust) xidmətlərinin göstərilməsinə
qadağa;
- direktor vəzifəsini tutmağa qadağa.
- Televiziya kanallarına qarşı sanksiyalar praktikada
belə işləyəcək:
- Britaniya şirkətlərinə (məsələn, reklam agentliklərinə
və ya texniki avadanlıq təchizatçılarına) bu kanallarla əməkdaşlıq
etmək qadağan olunacaq;
- siyahıya düşən televiziya rəhbərlərinin beynəlxalq
biznes fəaliyyəti məhdudlaşdırılacaq. Lakin hazırda sanksiya
siyahısında konkret şəxslər göstərilməyib;
- Britaniya bank sistemindən keçən hər hansı maliyyə
əməliyyatı dondurula bilər.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.