İran xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməkdə ittiham
olunaraq Yunanıstanda saxlanılan
Gürcüstan vətəndaşı, 35 yaşlı Samir Q. Qardabani rayonunun
sakinidir – bu barədə Studio Monitor yazır.
Araşdırmaçı jurnalistlər Samir Q.-nin anası ilə Qardabanidə söhbət
ediblər. O bildirib ki, onun oğlu “casus deyil”.
“Monitor”un məlumatına görə, onun illər ərzində İranla əlaqələri
olub. Xüsusilə:
İranla əlaqələr
- İttiham olunan şəxs Marneulidəki şiə mədrəsələrindən
birində təhsil alıb;
- Daha sonra iki il ərzində dini təhsilini İranın Qum
şəhərində davam etdirib;
- “Bir neçə il əvvəl o, Gürcüstanda İran vətəndaşı ilə
birlikdə biznes də qurmuşdu – Qardabani və Tbilisidə İrandan
gətirilən duzu satırdı;
- O, ailəsi ilə birlikdə Avropada sığınacaq almağa da
cəhd edib, lakin Belçikada məskunlaşmaq cəhdi dörd nəfərlik ailənin
deportasiyası ilə nəticələnib”, – deyə Studio Monitor
yazır.
“Kritdə dondurma yaxşıdır”
Nəşr həmçinin yunan mediasına istinad edir. Onların məlumatına
görə, Samir Q. kirayə götürdüyü villada fars dilində danışır və hər
söhbətə ehtimal ki, kod ifadəsi olan belə bir cümlə ilə başlayırdı:
“Kritdə dondurma yaxşıdır.”
Saxlanılan şəxsin anası isə bildirir ki, oğlu yük maşını
sürücüsüdür və bu dəfə Avropaya iş tapmaq məqsədilə, həm də atasını
ziyarət etmək və istirahət etmək üçün gedib.
Kritdə saxlanılma
Yunanıstanın hüquq-mühafizə orqanları 2 mart tarixində Gürcüstan
vətəndaşı olan 36 yaşlı kişini saxlayıblar. O, İran İslam
Respublikasının xeyrinə Krit adasında yerləşən dəniz bazasında
casusluqda şübhəli bilinir.
Bu baza Aralıq dənizində NATO-nun strateji obyektlərindən biridir.
Söhbət Krit adasının yaxınlığında, Suda körfəzində yerləşən
hərbi-dəniz bazasından gedir.
Krit dəniz bazası – Yunanıstanda adlandırıldığı kimi, Suda dəniz
bazası – Aralıq dənizində NATO-nun ən böyük bazasıdır. O, Aralıq
dənizinin şərq hissəsində yerləşir və təkcə Yunanıstan üçün deyil,
həm də NATO və ABŞ üçün strateji əhəmiyyət daşıyır.
Dəniz bazaları ilə bağlı casusluq ittihamı ilə ötən ilin mayında da
Yunanıstanda Gürcüstanla əlaqəsi olan iki nəfər saxlanılmışdı.
Həmin dövrdə Yunanıstanda casusluq ittihamı ilə Azərbaycan
vətəndaşı da saxlanılmışdı. İstintaq hazırkı saxlanılma hadisəsinin
həmin insidentlə əlaqəli olub-olmadığını da araşdırır.
Amerikanın Hudson Institute analitik mərkəzinin mart ayının
əvvəlində dərc etdiyi yeni araşdırmaya görə, İran İslam
Respublikası Gürcüstanda öz təsirini və “təsir infrastrukturu”nu
“planlı və təşkilatlanmış şəkildə” genişləndirir.
Araşdırmada qeyd olunur ki, İranın diqqəti xüsusilə Kvemo Kartli
bölgəsində yaşayan etnik azərbaycanlı şiə əhaliyə yönəlib.
Nəşrin sualına cavab olaraq – Kritdə saxlanılan şəxslə bağlı
araşdırma aparılıb-aparılmadığı barədə – Gürcüstanın Dövlət
Təhlükəsizlik Xidməti belə cavab verib:
“ Siz kəşfiyyat məlumatı tələb edirsiniz ki, bu da ciddi deyil.
Eyni dərəcədə qeyri-ciddi olan sual isə Yunanıstan hüquq-mühafizə
orqanlarının icraatında olan cinayət işinin bizim tərəfimizdən
araşdırılıb-araşdırılmadığı barədədir.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.