Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı
zamanı Ermənistanın Avropa İttifaqına üzvlüyü və Gürcüstan barədə
danışıb.
Paşinyanın sözlərinə görə, Aİ ilə Gürcüstan arasında dondurulmuş
siyasi dialoq Ermənistanın Aİ-yə inteqrasiya prosesində ən böyük
maneədir.
“Avropa İttifaqı ya bizi tamhüquqlu üzv kimi qəbul
edəcək, ya da etməyəcək. Bunu ona görə deyirəm ki, başa düşürəm:
Aİ-nin genişlənməsi və yeni üzvün qəbul edilməsi sadə məsələ deyil;
bu həm də siyasi qərarların mövzusudur. Buna görə də, əgər Aİ
Ermənistanı tamhüquqlu üzv kimi qəbul etsə, bu, çox yaxşı olacaq.
Əgər etməsə belə, biz yenə də fayda əldə edəcəyik, çünki Aİ
standartlarına tam uyğun olan bir ölkə olacağıq.
Lakin səmimi şəkildə deməliyəm ki, hazırda Ermənistanın Avropaya
inteqrasiya yolunda ən böyük problem Avropa İttifaqı ilə Gürcüstan
arasında dondurulmuş siyasi dialoqdur. Gürcüstan bizim üçün Avropa
İttifaqına gedən yoldur və biz Ermənistanın Aİ-yə üzvlük prosesinin
başlanması haqqında qanunu məhz Gürcüstana Aİ-yə namizəd ölkə
statusu verildikdən sonra qəbul etdik. Bu, Ermənistanın Aİ-yə
üzvlük perspektivini daha real etdi. Biz gözləyirik və tələb edirik
ki, Aİ ilə Gürcüstan arasında konstruktiv proses inkişaf etsin. Bu,
Ermənistan üçün nə qədər vacibdirsə, Gürcüstan üçün də bir o qədər
vacibdir”, – deyə Nikol Paşinyan bildirib.
O vurğulayıb ki, 2025-ci ilin martında Ermənistan Aİ-yə üzvlük
prosesinin başlanması haqqında qanun qəbul edib. Qanun 2025-ci ilin
aprelində qüvvəyə minib.
Gürcüstana Aİ tərəfindən namizəd ölkə statusu 2023-cü ilin
dekabrında verilib. Lakin bir il sonra – 2024-cü il 28 noyabrda
Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, “Gürcüstan
Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır”.
Bu bəyanatdan sonra genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Hakimiyyətdə olan Gürcü Arzusu hökuməti etirazlara su şırnaqları,
digər xüsusi vasitələr və zorakılıqla cavab verib. Yüzlərlə insan
fiziki zorakılığa məruz qalıb, onlarla etirazçı həbs edilib. Həmin
vaxtdan etibarən etiraz aksiyaları fasiləsiz davam edir, “Gürcü
Arzusu” isə repressiv qanunvericiliyi getdikcə daha da
sərtləşdirir.
2025-ci ilin noyabrında Avropa Komissiyası genişlənmə üzrə hesabat
dərc edib. Hesabatda Gürcüstanda geriləmə “misli görünməmiş” kimi
qiymətləndirilib və qeyd olunub ki, “Gürcüstanın namizəd statusu
yalnız kağız üzərində qalıb”.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.