Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin
Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qrup halında
törədilən quldurluq ittihamı ilə dörd nəfəri saxlayıblar.
Saxlanılan şəxslər 2006-cı il təvəllüdlü Q.X., 2007-ci il
təvəllüdlü N.K., 2006-cı il təvəllüdlü Q.A. və 2002-ci il
təvəllüdlü B.A.-dır.
Qurumun məlumatına görə, aparılan istintaq tədbirləri nəticəsində
müəyyən ed
ilib ki, təqsirləndirilən şəxslər Tbilisidə xarici ölkə
vətəndaşı, 1995-ci il təvəllüdlü Q.Q.-yə quldurluq məqsədilə hücum
ediblər. Onlar kişiyə fiziki zor tətbiq edərək pul kisəsini, bahalı
telefonu və saatını əlindən alıblar, daha sonra isə hadisə yerindən
qaçıblar.
Zərərçəkmiş aldığı xəsarətlər səbəbindən klinikaya çatdırılıb və
ona müvafiq tibbi yardım göstərilib. Təqsirləndirilən şəxslərin
vurduğu maddi ziyanın məbləği 10 min lari təşkil edir.
Polis hər dörd şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 179-cu
maddəsi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.