Tkibuli bələdiyyəsində torpaq sürüşməsi yenidən aktivləşib – sakinlərin evakuasiyasına başlanılıb
12 mart səhər saatlarında Tkibuli bələdiyyəsinin Kursi kəndində torpaq sürüşməsi yenidən aktivləşib. Bildirilir ki, torpaq kütlələri həm yaşayış sahələrinə, həm də yolun hərəkət hissəsinə düşüb.

Hazırkı vəziyyət:
Fövqəladə Hallar İdarəsinin məlumatına görə, xilasetmə qrupları hadisə yerində fəaliyyət göstərir və kənd sakinlərinin təhlükəsiz ərazilərə köçürülməsi davam edir.

"Sakinlərdən xahiş edirik ki, hərəkətdən çəkinin və hadisə yerində olan
Daxili İşlər Nazirliyinin əməkdaşlarının göstərişlərinə əməl etsinlər,"
– deyə Fövqəladə Hallar İdarəsi bildirir.

Ətraf Mühitin Milli Agentliyi də bu torpaq sürüşmələri barədə məlumat yayıb və vəziyyəti qiymətləndirmək üçün geoloqların hadisə yerində işlədiyini qeyd edib.

Hələlik məlum olmayanlar:
  • Hadisə zamanı xəsarət alan və ya itkin düşən şəxslərin olub-olmaması;
  • Neçə ailənin evakuasiya olunması lazım olduğu;
  • Torpaq sürüşməsinin əvvəlcədən proqnozlaşdırıla bilib-bilməməsi.
Tkibulidə torpaq sürüşmələrinin vəziyyəti:
Ətraf Mühitin Milli Agentliyinin 2024-cü il məlumatına görə, İmereti bölgəsində ən təhlükəli geoloji proseslər torpaq sürüşmələridir, bu da yaşayış evlərinə, yollar və digər infrastruktur obyektlərinə risk yaradır. Tqibuli bələdiyyəsində isə torpaq sürüşmələri ən çox rast gəlinir, daş aşması isə daha nadir hallarda baş verir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google