ABŞ-nin nəhəng yanacaqdolduran təyyarəsi qəza edib, havada toqquşma
baş verdiyi ehtimal olunur.
İraqın Kürdüstan vilayətində isə fransalı hərbçi öldürülüb.
ABŞ Mərkəzi Komandanlığı martın 12-si gecə bildirib ki, KC-135
yanacaqdoldurma təyyarəsi İraqın qərbində qəzaya uğrayıb, ABŞ
ordusu irimiqyaslı xilasetmə əməliyyatına başlayıb.
Bəyanatda deyilir ki, qəza düşmən və ya dost atəşi nəticəsində baş
verməyib, orada daha bir
yanacaqdoldurma təyyarəsi olub. Rəsmilər
ikinci təyyarənin İsraildə təhlükəsiz eniş etdiyini deyirlər.
"Hadisə "Epik Qəzəb" əməliyyatı zamanı dost hava
məkanında baş verib", – Mərkəzi Komandanlıq
bildirib.
"Reuters" anonimlik şərti ilə danışan ABŞ rəsmisinə istinadla xəbər
verir ki, qəzaya uğrayan KC-135 təyyarəsində altı nəfərədək hərbçi
ola bilərdi. Martın 13-ü səhər saatlarına ekipajın taleyi bəlli
deyildi.
KC-135 ABŞ ordusunun havada yanacaqdoldurma missiyalarının
mərkəzində dayanır, digər təyyarələrin eniş etmədən missiyalarını
gerçəkləşdirməsinə imkan verir.
ABŞ hərbi rəsmiləri martın 2-də bildiriblər ki, üç F-15 qırıcısı
Küveytdə bu ölkənin hava müdafiə sistemlərinin dost atəşi
nəticəsində qəzaya uğrayıb. Qırıcıların altı ekipaj üzvünün hamısı
katapult edərək paraşütlə yerə enmiş, sonradan xilasedicilər onları
tapıb.
Fransanın ilk təsdiqlənmiş itkisi
İraq Kürdüstanının Ərbil vilayətində dron hücumu zamanı Fransanın
bir hərbçisi öldürülüb. Bunu Fransa prezidenti Emmanuel Makron
təsdiqləyib.
"2015-ci ildən bəri DAEŞ-ə qarşı mübarizədə iştirak edən
qüvvələrimizə bu hücum qəbuledilməzdir", – deyən
Makron "İslam Dövləti" ekstremist qrupunun yerli adından istifadə
edib.
"Fransa hərbçiləri İraqda yalnız terrorizmlə mübarizə
çərçivəsində qalıblar. İrandakı müharibə belə hücumlara haqq
qazandıra bilməz", – Makron əlavə edib.
Dronu kimin buraxdığı, haradan gəldiyi bəlli deyil. Fransa ordusu
daha öncə ən azı altı hərbçisinin yaralandığını, onlardan birinin
sonradan öldüyünü bildirmişdi.
ABŞ və İsrail İrana qarşı irimiqyaslı hava kampaniyasına
başlayandan bəri ilk dəfədir Fransa hərbçisinin ölümü təsdiqlənir.
Fransa ABŞ-İsrail hərbi əməliyyatlarında birbaşa iştirak etmir.
Tehran regiona cavab zərbələri endirsə də, bu hücuma görə İranın,
yaxud İraqdakı müttəfiq yaraqlılarının məsuliyyət
daşıyıb-daşımadığı bəlli deyil. İraqın bəzi bölgələrində "İslam
Dövləti" və "əl-Qaidə" ekstremistləri də fəaldır.
İraqda İrana bağlı "Əshab əl-Kəhf" qruplaşması sonradan bildirib
ki, regiondakı Fransa maraqları artıq hədəf sayılır.
İran İsraili hədəfə alır
İran martın 13-nə
keçən gecə yenidən İsraili raket atəşinə tutub. Ölkənin şimalında
iki nəfərin yaralandığı bildirilir. Məlumatı Təl-Əviv rəsmiləri
verib.
İsrailin baş naziri Binyamin Netanyahu fevralın 28-də müharibə
başlayandan bəri ilk mətbuat konfransını keçirib. O, yenidən
iranlılara Tehrandakı rejimi devirməkdə kömək göstərməkdən danışıb:
"Gördüyümüz tədbirləri detallı açıqlamayacağam. Rejimi
devirməyə optimal şərait yaradırıq, amma İran xalqının rejimi
devirməyə nail olacağını tam əminliklə deyə bilmərəm, rejim
daxildən devrilir. Amma biz kömək edə bilərik və
edirik".
Bundan bir neçə saat sonra İran mediası paytaxt Tehranda
partlayışlarla bağlı xəbər yayıb.
İsrail Livanda İranın müttəfiqi "Hizbullah" qüvvələrinə hücumları
da davam etdirir, ordu Livanın cənubunda irəliləyir.
Səudiyyə Ərəbistanı isə hava məkanına daxil olan onlarla dronu
vurduğunu açıqlayıb.
Jurnalistlər martın 13-nə keçən gecə Dubayın mərkəzi maliyyə
rayonunda partlayışlar gördüklərini xəbər veriblər.
Türkiyənin dövlət mediası isə bildirib ki, martın 13-də NATO-nun
Türkiyənin cənubundakı İncirlik hərbi hava bazasında sirena
eşidilib. Hadisə ilə bağlı detallı məlumat açıqlanmayıb. İranın
raket hücumu təsdiqlənsə, bu, müharibə başlayandan Türkiyənin hava
məkanının üçüncü dəfə pozulması olacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.