Kallas: 'ABŞ Avropanı parçalamaq istəyir'
"ABŞ Avropanı parçalamaq istəyir" və "Avropa İttifaqını sevmir". Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bu sözləri "The Financial Times"a müsahibəsində deyib.

"Fikrimcə, hamının anlaması vacib məsələ budur: ABŞ çox aydın şəkildə bildirib ki, Avropanı bölmək istəyir. Onlar Avropa İttifaqını sevmirlər", – Kallas bildirib.

Transatlantik münasibətlərdə bir ildən çoxdur gərginlik yaşanır. ABŞ prezidenti Donald Tramp
ikinci prezidentlik dövründə Aİ-ni dəfələrlə hədəfə alıb, üzv ölkələrə, digər dövlətlərə tariflər tətbiq edib. O, Qrenlandiyanın ilhaqından danışıb. Bu addım isə NATO alyansının faktiki sonu demək olar.

Tramp administrasiyası bu həftə Aİ üzvləri və digər ölkələrin ədalətsiz ticarət apardığını iddia edərək araşdırmalara başlayıb. Bu araşdırmalar nəticəsində həmin ölkələr yayadək yeni tariflərlə üzləşə bilər. Ötən ay ABŞ Ali Məhkəməsi Trampın tarif proqramının böyük hissəsini ləğv edib.

Kallas FT-yə deyib ki, ABŞ-nin Aİ-yə yanaşması blokun rəqiblərinin taktikasını xatırladır. Onun sözlərinə görə, Aİ ölkələri Tramp ilə ikitərəfli razılaşmalar əldə etməyə çalışmamalı, əksinə, onunla birlikdə danışmalıdırlar, "çünki birlikdə olanda biz bərabər güclərik".

Müdafiə sahəsinə gəlincə, Kallas deyib ki, blok Amerikadan silah almağa məcburdur, "çünki bizdə gərəkən resurslar, imkanlar və potensial yoxdur". Baş diplomat onu da əlavə edib ki, Avropa öz müdafiə sənayesinə sərmayə qoymalıdır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google