Hökumət bioloji parçalanan paketlərin istifadəsinin də məhdudlaşdırılmasını planlaşdırır – Solomon Pavliaşvili

Plastik paketlərin məhdudlaşdırılmasından sonra hökumət birdəfəlik və çoxdəfəlik paketlərin istifadəsinin də məhdudlaşdırılmasını planlaşdırır.


Bu barədə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili “Rustavi 2” telekanalının efirində bildirib.

Solomon Pavliaşvili plastik butulkalarda içkilərin satışının qadağan olunması məsələsindən danışarkən tullantıların idarə olunması üzrə dövlət siyasətinə diqqət çəkib və qeyd edib ki, bioloji parçalanan paketlər də ətraf
mühit üçün plastik paketlər qədər zərərlidir. O, yeni məhdudiyyətin nə vaxt qüvvəyə minəcəyini dəqiqləşdirməyib.

“Çaylarda olan tullantıların 88%-i plastikdir, o cümlədən xırdalanmış plastik. PET butulkalar isə bunun 41%-ni təşkil edir. Bu tullantılar arasında artıq qadağan etdiyimiz birdəfəlik plastik məmulatlar da var. Həmçinin birdəfəlik və çoxdəfəlik paketlər mövcuddur ki, biz gələcəkdə onların istifadəsini də məhdudlaşdırmağı planlaşdırırıq, çünki onlar da çirklənmə yaradır.
Biz müəyyən tənzimləmələr tətbiq etdik və bunlar işlək oldu. Biz Avropa, ABŞ və Böyük Britaniya standartlarını təklif etdik ki, rəqabət yaransın və özəl sektorla konstruktiv əməkdaşlıq etməyə çalışdıq. Dünya Bankının araşdırması da təsdiqləyir ki, paket bioloji parçalanan və ya oksobio-parçalanan olsa belə, nəticədə yenə plastik paket kimi tullantıya çevrilir. Daha sərt tədbirlərin görülməsi vacibdir, lakin burada da özəl sektorla sinxron işləmək istəyirik.
Əsas məsələ ondan ibarətdir ki, dövlət tullantıların qarşısının alınması istiqamətində sərt siyasi iradəyə malikdir. Digər mühüm məqam isə özəl və dövlət sektorları arasında münasibətlər, icra mexanizmləri və əlbəttə ki, cəmiyyətin bu prosesə cəlb olunmasıdır”,
– deyə Solomon Pavliaşvili bildirib.

Xatırladaq ki, Gürcüstanda 2019-cu ilin iyul ayından etibarən istənilən qalınlıqda plastik paketlərin istehsalı, idxalı və satışı qadağan edilib. Qanuna əsasən, idxala sərhəddə nəzarəti Gəlirlər Xidməti həyata keçirir, istehsal müəssisələrində nəzarəti Ətraf Mühitin Mühafizəsi Nazirliyi, ticarət obyektlərində isə yerli bələdiyyələr həyata keçirir. Bundan əlavə, 2023-cü il 2 yanvar tarixindən etibarən çəki ilə məhsullar üçün istifadə olunan polietilen paketlərin istifadəsi də qadağan olunub.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google