Marneuli meri əməkdaşları şəffaflığa çağırdı

Marneuli meri Daur İsmayılov və onun müavini meriya və bələdiyyə xidmətlərinin əməkdaşları ilə işgüzar görüş keçiriblər.

Bu barədə məlumat və fotoşəkillər merin rəsmi səhifəsində dərc olunub.

"Marneuli" radiosu məlumatı Marneuli meri Daur İsmayılovla dəqiqləşdirməyə çalışsa da, o, zənglərimizə cavab vermir.

Meriya tərəfindən yayılan mətndə bələdiyyə tərəfindən təsis edilmiş MMC və qeyri-sahibkar hüquqi şəxslərin əməkdaşlarının vicdanlı fəaliyyətinə
və şəffaflığına xüsusi diqqət yetirilib.


Məntiqlə ehtimal etmək olar ki, bu görüşün keçirilməsi ehtiyacı martın 9-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Marneuli meriyasının inzibati xidmətinin əməkdaşı Rima Otaraşviliyə dələduzluq sxemində iştirak etmək ittihamı irəli sürməsindən sonra yaranıb.

Düzdür, mer və onun müavini Otaraşvilinin işi ilə bağlı rəsmi münasibət bildirmirlər, lakin görüşün əsas mesajları məhz etik normalarla bağlı olub.

"Meriyanın struktur bölmələrinin, bələdiyyə tərəfindən yaradılmış MMC və hüquqi bölmənin əməkdaşlarının iştirakı ilə işgüzar görüş keçirdim. Görüşdə dövlət qulluğunda yüksək məsuliyyətin, peşəkar yanaşmanın, şəffaflığın və etik prinsiplərə riayət olunmasının vacibliyini vurğuladım. Həmçinin, 21 martda keçiriləcək Novruz bayramı tədbirinin təşkili ilə bağlı məsələləri də müzakirə etdik", - deyə merin bəyanatında bildirilir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google