"Çox adam onun şikəst edildiyini deyir. Deyirlər ki,
ayağını itirib... çox ağır xəsarət alıb. Öldüyünü deyənlər də
var".
ABŞ prezidenti Donald Tramp İranın yeni ali liderinin sağ
olub-olmadığını şübhə altına alıb. O, martın 16-da Tramp Ağ Evdə
bir tədbirdə danışıb.
"Onun ölüb-ölmədiyini bilmirik. Onu heç kim görməyib,
bu isə adi hal deyil", – Tramp Ayətullah
Müctəba
Xamenei barədə deyib. Onun atasının yerinə seçildiyi martın 9-da
elan edilib. Atası Ayətullah Əli Xamenei isə fevralın 28-də
ABŞ-İsrail bombardmanının ilk günündə öldürülüb.
56 yaşlı Xamenei hələlik, ictimaiyyət qarşısına çıxmayıb. ABŞ-nin
müdafiə naziri Pit Heqset ötən həftə deyirdi ki, onun zərbələrdə
yaralandığına inanır.
"Çox adam onun şikəst edildiyini deyir. Deyirlər ki,
ayağını itirib... çox ağır xəsarət alıb. Öldüyünü deyənlər də
var", – Tramp söyləyib.
“Danışıq aparmaq istəyənlər var”
Tramp onu da qeyd edib ki, İran danışıqlarda maraqlıdır, lakin ölkə
rəhbərliyinin dağınıq vəziyyətdə olduğunu bildirib. Prezidentin
dediyinə görə, fevralın 28-dən bəri İranda 7 mindən çox hədəfə
zərbə endirilib, 100-dən çox donanma gəmisi məhv edilib, Tehranın
raket və dron atmaq qabiliyyəti xeyli zəiflədilib.
"Onların liderinin kim olduğunu bilmirik. Danışıq
aparmaq istəyənlər var. Onların kimliyi barədə məlumatımız
yoxdur", – Tramp vurğulayıb.
Müharibənin nə qədər çəkəcəyi sarıdan qeyri-müəyyənlik fonunda
Trampdan onun bu həftə bitib-bitməyəcəyini soruşublar.
"Düşünmürəm, amma tezliklə bitəcək; çox
çəkməyəcək", – o deyib.
Ancaq onu da əlavə edib ki, müharibəyə görə Pekindən Çin prezidenti
Si Cinpinlə aprelin əvvəlinə planlaşdırılan sammiti "təxminən bir
ay" təxirə salınmasını istəyib.
"Müharibədən dolayı burada olmaq istəyirəm, hiss edirəm
ki, burada olmalıyam", – Tramp bildirib.
İran martın 16-da BMT-də "qanunsuz təcavüzə" boyun əyməyəcəyini
deyib.
"İranla bağlı ən vacib və fundamental insan haqları
məsələsi… hərbi təcavüzün 90 milyon insanın həyatına yaratdığı
birbaşa təhlükədir", – İranın BMT-nin Cenevrə
təmsilçiliyindəki səfiri Əli Bəhreyni bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.